Dövlət bankı "Azər Türk Bank" gəlirlərini və mənfəətini açıqladı
Azər Türk Bank 2025-ci ilin birinci rübünü uğurla başa vurduAzər Türk Bank 2025-ci ilin birinci rübünü uğurla başa vurub.
Marja.az xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, dövlət bankı Azər Türk Bankın 01 aprel 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%-dək artaraq, 1,95 milyard manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 806,4 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 20% çoxdur.
Cəmi bank öhdəliklərinin həcmi 35% artımla 1,9 milyard manat səviyyəsindədir.
Bankın depozit portfeli, 1,4 milyard manat təşkil etmişdir.
Cari ilin birinci rübü ərzində Bankın gəlirləri 41 milyon manat, xərcləri 36,9 milyon manat olmuşdur. 2025-ci ilin ilk üç ayında Azər Türk Bank 3 milyon 828 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 20% artaraq, 103,5 milyon manat olmuşdur.
Əhali tərəfindən Banka 204 milyon manat məbləğində əmanət qoyulmuşdur.
Azər Türk Bankın nizamnamə kapitalı 79 milyon manat təşkil edir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 17 saat sonra
- 24 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
-
2 saat əvvəl
17 ildir Mərkəzi Bankda departament direktoru idi - Baş direktor təyin edildi
-
2 saat əvvəl
Pandora 150 milyon dollarlıq zavod açıb - şirkət laboratoriya almazlarına keçir
-
2 saat əvvəl
Nike-da vəziyyət ağırlaşır – səhmlər 40%-dən çox çöküb, yeni ixtisarlar gəlir
-
2 saat əvvəl
Rusiyanın iri neft müəssisələri PUA hücumuna məruz qalıb, yanğın başlayıb
-
2 saat əvvəl
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat
Ən çox oxunanlar
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
Bakıda keçirilmiş böyük forumun təşkilinə milyonlar xərclənib – 4 müqavilənin məbləği açıqlandı
“AzerGold” qızıl və gümüş məhsullarına endirim edib
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir





























