Ticarət müharibəsi dərinləşir: Çin ABŞ mallarına gömrük rüsumunu 125%-ə qaldırdı
Dünən Ağ Ev ABŞ-ın Çinə tətbiq etdiyi tarif dərəcəsinin 145% olduğunu açıqlayıb. Hadisələrin ardınca Çin Ticarət Nazirliyi ABŞ mallarına tətbiq edilən tarif dərəcəsinin 125%-ə qaldırıldığını açıqlayıb.Çin Maliyyə Nazirliyi ABŞ mallarına tətbiq edilən 84 faizlik gömrük rüsumunun 125 faizə yüksəldildiyini açıqlayıb.
Marja.az xəbər verir ki, açıqlamada əlavə gömrük rüsumunun aprelin 12-dən qüvvəyə minəcəyi bildirilir.
"ABŞ Çinin ixrac etdiyi mallara əlavə rüsumlar tətbiq etməyə davam edərsə, Çin buna göz yumacaq", - Maliyyə Nazirliyi bildirib.
Çinin qərarından sonra ABŞ fyuçers indeksləri mənfi əraziyə keçib və satışlar Avropa fond bazarlarında üstünlük təşkil edib.
2 apreldən sonra nə baş verdi?
ABŞ prezidenti Donald Tramp aprelin 2-də elan etdiyi yeni tariflər çərçivəsində Çinə 34 faiz əlavə gömrük rüsumu (tarif) tətbiq edəcəyini açıqlayıb və rüsum cəmi 54%-ə yüksəlib (əvvəl 20% tətbiq edilmişdi). Çin ABŞ-ın tarif artımına reaksiya verib və 34 faizlik tarif artımına cavab olaraq eyni nisbətdə əlavə tarif tətbiq edəcəyini açıqlayıb.
Prezident Tramp Çinin tariflərə cavab olaraq tətbiq etdiyi 34 faizlik tarifi geri götürməməsi halında əlavə 50 faizlik tarif tətbiq edəcəyini açıqlayıb. Çin tarif qərarını geri götürmədiyi üçün Tramp Çin mallarına əlavə 50% də tarif tətbiq edib. Nəticədə ,ABŞ-ın Çinə cəmi tarifi 104%-ə yüksəlib. Çin Trampın əlavə rüsumlar təhdidinə eyni şəkildə cavab verib və ABŞ-dan idxal edilən məhsullara tətbiq etdiyi tarifi 84 faizə qaldırdığını açıqlayıb.
Ardınca, ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini əvvəlcə 125 faizə, daha sonra isə 145 faizə qaldırıb. Bunun ardınca da Çin ABŞ mallarına tarifi 125 faizə qaldırıb.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq edilən əlavə tarifləri 90 gün təxirə salıb, lakin Çinə tətbiq edilən tariflər qüvvəyə minib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
2 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
2 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib


























