Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3-ABB_21

“Bütün yenidən qurulan torpaqlarımızda bizim məhsullardan istifadə olunur” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bütün yenidən qurulan torpaqlarımızda bizim məhsullardan istifadə olunur” - MÜSAHİBƏ

“UPS” şirkəti tikinti sektoru başda olmaqla, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərə inşaat və təchizat həlləri təklif edir. Şirkətin başlıca məqsədi müştərilərin ehtiyaclarına uyğun innovativ və etibarlı xidmətlər təmin edərək onların fəaliyyətinə əlavə dəyər qatmaqdır.

Müsahibimiz UPS MMC şirkətinin Direktoru Nihad Mustafazadədir.

- Nihad bəy, 2024-cü il arxada qalıb. Ötən il Şirkətiniz üçün necə keçdi?

- Ötən illərlə müqayisədə 2024-cü ili şirkətimiz üçün uğurlu hesab edirik. Keçən il ərzində bir sıra yeni şirkətlər və dövlət qurumları ilə yeni layihələrə imza atdıq. Bildiyiniz kimi, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün bir sıra təşviq proqramları icra edilməkdədir. Bu da keçmiş ticarət şirkətlərini istehsala yönəltməyə başlatmışdır. Ölkəmizin bir sıra iqtisadi rayonlarında yeni sənaye məhəllələri, sənaye parkları yaradılıb və yaradılmaqdadır. Bizim bir çox müştərilərimiz də sənaye parklarının və məhəllələrinin rezidentləridir. Onlar istehsal müəssələrini inşa etdirmək, müxtəlif izolyasiya materialları əldə etmək məqsədilə şirkətimizə müraciət edirlər. Biz də onların tələblərini ödəmək üçün var qüvvəmiz ilə çalışırıq. Həmçinin, işğaldan azad olunmuş bölgələrə vətəndaşların qayıdışını təmin etmək üçün yeni iş yerlərinin yaradılması əsas gündəlikdə duran məsələlərdən hesab olunur. Biz bu istiqamətdə Laçın, Ağdam, Kəlbəcər, Xankəndi, Zəngilan və başqa bölgələrdə sənaye müəssisələrinin inşa edilməsi prossesində birbaşa iştirak etmişik. Onlarla müəssisənin tikintisində “UPS Construction”ın aktiv iştirakı bizi çox sevindirir.

Həmçinin, ötən il ərzində ölkəmizin müdafiə sənayesinin gücləndirilməsi, maddi-texniki bazasının daxili imkanlar hesabına təminatını inkişaf etdirmək məqsədi ilə kompleks fəaliyyətlər həyata keçirilmişdir. Bu istiqamətdə olan layihələrdə də biz aktiv şəkildə iştirak edirik.

Aqrar sahədəki inkişafı da unutmaq olmaz. Hər il sahibkarlar kənd təsərrüfatı sahəsinə irihəcimli investisiya qoyuluşunu həyata keçirirlər. Biz bu istiqamətdə kənd təsərrüfatı obyektlərini, onların soyuducu, quruducu kameralarının inşasını, material təminatını icra edirik. 2024-cü ili bu isiqamətdə də uğurlu hesab edə bilərik.

- "UPS" şirkətinin fəliyyəti 2 əsas istiqamətdən ibarətdir: Tikinti-quraşdırma xidmətləri və məhsulların istehsalı. Məlumatı olmayanların Şirkətinizi yaxından tanımaları üçün bu barədə danışardınız. Hansı xidmətləri göstərirsiniz? Şirkətiniz hansı məhsulların istehsal ilə məşğul olur?

- Şirkətimiz sənaye tipli obyektlərin inşası, su kanalizyasiya xətlərinin çəkilməsi xidmətlərini, həmçinin sendviç panel, metal konsturuksiya, konteyner, prefabrik evlərin istehsalını həyata keçirir. İstehsal etdiyimiz məhsulların arasında sendviç panellərin unikal yeri var. Bu məhsul müasir tikinti həllidir. Əsasən sənaye tipli obyektlərdə, məktəb və yaşayış binalarının damlarında, soyuducu kamarelarda, logistika mərkəzlərində istifadə olunur. Bu istiqamətdə geniş məhsul portfelimiz var. Dam və divar panelləri olmaqla 4 sm-dən, 20 sm-ə qədər sendviç panelləri poliuretan, poliizosiyanurat, daş yunu izolyasiyaları ilə istehsal edə bilirik. İllik istehsal gücümüz 1 milyon m2-dən çoxdur. Bu istiqamətdə biz “ASSAN Panel” brendinin təmsiliçisi kimi tanınmaqdayıq.

- 2024-cü ildə ilk dəfə hansı yeni xidmətləri göstərməyə başlamısınız? Həmçinin, 2025-ci ildə hansı yeni xidmət və məhsul istehsalının həyata keçirilməsi nəzərdə tutulur?

- Ötən il ərzində biz istehsal qəliblərimizi artıraraq yeni ölçülərdə sendviç panellər istehsal etməyə başlamışıq. Bu daha çox müştəriyə daha çox məhsul növlərini təqdim edə bilmə qabiliyyətimizi artırıb. Həmçinin daima istehsal gücümüzü artırmaq haqqında düşünürük. Bu istiqamətdə bütün innovasiyaları cəlb edirik. Əvvəllər yaşayış komplekslərində bizim məshulumuza tələbat az idisə, son illər ərzində lüks hesab olunan yaşayış komplekslərindəki binaların damlarında sendviç panellərdən daha çox istifadə etməyə başlayıblar. Bu, onların özləri üçün də çox yaxşıdır. Çünki sendviç panellər izolyasiya keyfiyyətinə görə alternativ məhsulların bir çoxunu üstələyir.

- Nihad bəy, Qərb ölkələrində konteyner evlərdən ibarət turizm kompleksləri, hətta otellər belə inşa edilir. Bəs Azərbaycanda ekoloji cəhətdən təmiz və daha ucuz başa gələn konteyner evlərin qəbul olunmasında irəliləyiş varmı?

- Qeyd etdiyiniz kimi, bu istiqamət ölkəmiz üçün yenidir. Bizdə daş məhsullarının (mişar daşı və s. -red) qiymətlərinin münasib olması alternativ məhsulların istifadəsini məhdudlaşdırır. Həmçinin mental olaraq biz özülü olan tikililəri sevirik. Modul tipli olan, daha yüngül, daha müasir həllər novator (yenilikçi - red) insanlar tərəfindən seçilir. Ümid edirik ki, maarifləndirmə fəaliyyətimiz nəticəsində bu istiqamət də inkişaf etdiriləcək.

Buna baxmayaraq, turzim sektorunda “tiny hause”lara maraq yaranmaqdadır. Son illər ərzində ölkəmizin müxtəlif guşələrində bu tipli koteclər, binalar tikilir, yerli və xaircdən gələn turistlərin ixtiyarına verirlir. Hər il gələn sorğuların miqadarı da artır.

Turizm ilə parlel iaşə obyektlərinin metal konstruksiyalara keçid etməsinin şahidi oluruq. Məsələn, Bakı bulvarını gəzərkən bu kimi tikililəri görə bilərsiniz. Həmçinin yeni və müasir supermarket şəbəkələrimiz də öz filiallarını bu formata keçirirlər. Ötən il ərzində bir neçəsinin inşası prossesində aktiv şəkildə yer almışıq və uğurlu şəkildə tamamlamışıq.

- Şamaxıda quraşdırılmış və sosial şəbəkələrdə böyük baxış sayı yığmış məşhur turistik konteynerinin də “UPS” şirkətinin istehsalı olduğunu öyrəndim. Müasir bir turistik konteyner neçəyə başa gəlir?

- Bəli. Qeyd etdiyiniz konteynerlərin konstruktiv və izolyasiya tərəflərini biz icra etmişdik. Çox gözəl alınıb, yerli və xarici turistlərin marağına səbəb olmaqdadır. Dəfələrlə xaricdən gələn qonaqlarımızı öz adımızdan orada da qonaq etmək istəmişik, amma yer tapa bilməmişik (gülümsəyir - red). Bu çox sevindirici haldır. Sahibkarlar bu istiqamətə mütləq fikir verməlidir. Böyük hotel komplekslərini tikib yaratmaq böyük investisiya tələb etsə də, daha az investiya ilə bu tipli obyektləri həyata keçirmək mümkündür. Yatırımın az olmasına baxmayaraq, otaqlar haradasa elə böyük komplekslərin qiymətinə satılır. Konsept maraqlı olduğuna görə də, dərhal boş gün tapmaq olmur. Gərək bir neçə həftə öndəcən müraciət edəsən. Şamaxıda yerləşən həmin kompleksi şiddətlə tövsiyə edirəm.

Qiymətlər isə ölçüdən, təmirdən, layihədən asılı olaraq dəyişir.  Konkret qiymət demək çox çətindir. Amma ən gözəl tərəfi sürətli, modulyar və daşına bilən olmasıdır.

- Konteyner istehsalınız, onların keyfiyyəti və imkanları barədə nələri deyə bilərsiniz?

- Konteyner bazarının formalaşması, yüksəlişi dövrü ikinci Qarabağ müharibəsindən sonra baş verdi. Azad edilmiş torpaqlarda müvəqqəti məskunlaşma prossesində çox faydalı bir həll oldu. Həmin dövrdə günə 10, bəzən 15 konteyner istehsal etməli olurduq ki, dövlət və özəl sektoru təmin edək. Onlar yataqxana, yeməkxana, istirahət zonası, tibbi məntəqələr, sanitar qovşaqlar kimi istifadə olunurdu.

Amma sonrakı dövrdə artıq böyük infrastruktur layihələrinin icrası zamanı firmaların öz əməkdaşlarını yerləşdirmələri üçün belə iş mərkəzləri yaradılmağa başlandı. Bu zaman modulyar format inkişaf etməyə başladı. Biz həmin dövrdə bir çox böyük layihəni icra etmişik. 

Onların isehsalı zamanı dayanıqlı, uzunömürlü, isti, soyuğa tab gətirən materiallardan istifadə olunur. Məqsəd ondadır ki, konteyner dəfələrlə daşınmalı, boşalmalı, bəzən yolsuzluq şəraitindən keçməli amma öz keyfiyyətini itirməməlidir. Həmçinin elə materiallardan istifadə edilməlidir ki, orada məskunlaşan şəxs ilin istənilən fəslində komfortlu şəkildə yaşaya bilsin.

- İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına dövlət tərəfindən milyardlarla manat vəsait ayrılır, çoxsaylı layihələr icra olunur. Bu proses yerli şirkət olan UPS şirkətinə necə təkan verir?

- Biz bu istiqamətdə bir başa fəaliyyət göstəririk. Bütün bərpa olunan, yenidən qurulan torpaqlarımızda bizim məhsullardan istifadə olunur. Düşündükcə - həm də qürur hissi keçirirəm. Elə bir yenidənqurma prossesi olmayıb ki, biz orada dövlət orqanlarına, özəl şirkətlərə xidmət göstərməyək. Bunun səbəbi məshullaırmızın unikal olması, o istiqamətdə çox təlabatlı olmasıdır. Bildiyiniz kimi, dövlətimiz azad olunmuş torpaqlarda yalnız evlər, binalar inşa etdirmir. Orada əhalinin yenidən yaşaya bilməsi üçün iqtisadi, sosial məqamlar da təmin edilməldir. Yəni, məktəb, universiet, müxtəlif enerji stansiyaları, dövlət qurumları, iş yerləri inşa edilməlidir. Bizim məhsullarımız və xidmətlərimiz bütün bu sahələri əhatə edir. Biz elektrik stansiyalarını inşa edən şirkətlərdən, fabrik, anbar, məktəb, logistika mərkəzi, kənd təsərrüfatı obyekti inşa edən və etdirən  bütün partnyorlarımzla əl-ələ fəaliyyət göstəririk. Bir sözlə, sözü gedən istiqamətdə portfelimiz böyükdür.

- Qarabağda hansı layihələri icra etmisiniz və hazırda hansı layihələrin icrası davam etdirilir.

- İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzarətində olan bütün sənaye mərkəzlərində fəaliyyətə başlamış əksər zavodların inşasında iştirak etmişik. Bu tipli müəssələr adətən şəxsi investisiyalar hesabına yaradılır. Yəni, müştərilərimiz fərqli şirkətlər olub. Ayaqqabı, süd məshulları, dam örtükləri, divar kağızları, laminat, dekorativ daş istehsal edəcək onlarla zavodun sendviç panellərlə bağlı layihələrinin icrasında iştirak etmişik. Həmçinin demək olar ki, bütün elektrik stansiyalarının qapalı anqarlarını inşa etmiş şirkətlərlə çalışmışıq. Qarabağda fəaliyyət göstərən beynəlxalq və yerli tikinti şirkətlərinin, xüsusi ilə yol, dəmir yolu infrastruktur layihələrini icra edən şirkətlərin iş mərkəzlərini istehsal etmiş və ya yerində qurmuşuq. Həmçinin məktəb, xəstəxana, inzibati binalaırn inşasıs zamanı xidmət göstərmiş və ya məhsul tədarükü etmişik.

- Şirkətinizin həyata keçirdiyi layihələrdən hansıların adını çəkə bilərsiniz?

- “UPS” şirkətinin iştirak etdiyi layihələrin bir-bir adını çəksəm, gərək xeyli vaxt sərf edək. Qeyd edə bilərəm ki, Bərdə Quşçuluq, Chery Azərbaycan avtosalon, Diler İnşaat istehsal sahəsi, Ağdam Sənaye Parkı Prof-Dam müəssisəsi, Laçın rayonu Efir yağları istehsal zavodu, AzərEnerji Kəlbəcər 6 SES, Laçın beton, kirəmit istehsal fabriki, Qəbələ Dəmiryol vağzalı, Ağdam Bafco ayaqqabı istehsal fabriki, Sis Houses, Binəqədi TIR parkı, BP Silo, Maştağa Olimpiya kompleksi, Ələt - Gübrə saxlama terminalı, Buzovna anbar və s. onlarla layihələrdə iştirak etmişik. “UPS” şirkətinin də cəlb edildiyi layihələr barədə daha ətraflı veb-saytımızdan əldə etmək olar.

- "UPS" şirkəti həm tikinti-quraşdırma xidmətləri göstərir, həmçinin tikinti və quraşdırmada istifadə olunan əsas materialların istehsalı ilə məşğul olur. Belə bir biznes modeli sifarişçilər üçün hansı üstünlükləri yaradır?

- Bu müştərilərimiz üçün böyük bir üstünlükdür. Əgər kimsə özünə hər hansısa bir zavodu inşa etdirmək istəyirsə, bu çox geniş prossesdir. Burada bir neçə istiqamət var. Amma ən xərc aparan istiqamətlər metal konstruksiya və sendviç panellərdir. Binanın bünövrələri, divarları, damı bu materiallardan əmələ gəlir. Yəni ən gözəgəlimli hissəsi bu istiqamətdir. Biz bunları müştərilərimizə bir əldə kompleks şəkildə təqdim edirik. Bu, bizim əsas güclü tərəflərimizdən biridir. Müştərilərimizin qərarvermə prossesində bu tərəfimiz önəmli yer tutur.

- "UPS" qiymətli kağzılar bazarına çıxmaq, istiqraz buraxılışı yolu ilə vəsait cəlb etməyi nəzərədən keçirə bilər?

- Bu haqda heç vaxt düşünməmişik. Maliyyə bazarları bizim işimiz deyil. Bizim işimiz metaldır. Bizim işimiz daha çox sənayedir. Təbii ki, bu istiqamətdə təkliflər verilsə və rentabelli olarsa baxmaq olar. Amma mövcud durumda bu haqda düşünməmişik.

-Nihad bəy, suallarımızı ətraflı cavablandırdığınıza görə, təşəkkür edirik.

- Mən də Sizə təşəkkür edirəm.

Nihad Mustafazadə ups tikinti sektor sendviç panel metal konsturuksiya konteyner prefabrik evlər ASSAN Panel soyuducu quruducu kameralar
18.03.2025 08:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ

Ən çox oxunanlar