Mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov 15 mart 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən bir neçə mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib.
“AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir ki, dövlət başçısının “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncamından irəli gələn öhdəliklərin icrası məqsədilə təşkil edilən görüşdə istehsal sahələri və yataqlarda mövcud vəziyyətlə əyani tanışlıq həyata keçirilib, sahibkarların rəy və təklifləri müzakirə edilib.
Görüşlərdə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri, həmçinin “AzerGold” QSC-nin prosesə cəlb etdiyi nüfuzlu beynəlxalq məsləhətçi şirkəti “Boston Consulting Group”un təmsilçisi iştirak edib.
Keçirilən görüşlər zamanı istismarla əlaqədar sənədlərdə rast gəlinən uyğunsuzluqlar, qeyri-qanuni hasilat, əməyin mühafizəsi, rekultivasiya, tullantıların utilizasiyası üzrə qanunvericiliyin tələblərinə əməl edilməməsi, müşahidə olunan digər problemlər və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşlərdə sahibkarların təşəbbüsləri dinlənilib, təhlil edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edilib ki, “AzerGold” QSC tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə cari ilin əvvəlindən etibarən aparılan intensiv araşdırmalar, sahə səfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən təkliflərin hazırlanması bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi ilə fəaliyyətin yerli qanunvericilik və beynəlxalq ekoloji tələblər əsasında təşkil edilməsi, müvafiq prosedurların sadələşdirilərək sahibkarların fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması, yerli istehsalatın dünya bazarının çağırışlarına uyğunlaşdırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Azərbaycan nefti orta hesabla 94,5 dollardan, qazı 313 dollardan ixrac edilib
- 11 d. əvvəl
-
-
14 d. əvvəl
Azərbaycana daxil olan pul baratları üzrə müsbət saldo 530 milyon dolları ötüb
-
15 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
- 29 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD Strateji Əməkdaşlıq Sazişi imzalayıblar
-
48 d. əvvəl
Azərbaycan banklarına “Moody’s”dən müsbət qiymət: Sistem riskləri azalıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Fitch SOCAR-ın reytinqini təsdiqlədi, kredit profilini yüksəltdi
-
1 saat əvvəl
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycandan ilk 6 ayda 3 milyard dollar kapital çıxarılıb
Fitch SOCAR-ın İtaliyadakı alışını müsbət qiymətləndirdi
Fitch SOCAR-ın reytinqini təsdiqlədi, kredit profilini yüksəltdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti 127 dolları keçib
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
Rəsmi məzənnələr açıqlandı
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®




























