"İnflyasiyanın azalacağı təqdirdə faizlərin azaldılması imkanları nəzərdən keçirilə bilər"
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Qeyd edək ki, ardıcıl 7-ci iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayır.
Mərkəzi Bankın "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı press-relizində bildirilir ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
"Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcəkdir", - press-relizdə bildirilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il aprel ayının 23-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Azərbaycanda illik inflyasiya cüzi sürətlənib
Bu gün Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin fevral ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,4 faiz artıb.
(Xatırladaq ki, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artmışdı)
2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz yüksəlib.
2025-ci ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artıb.
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
17 saat sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 18 d. əvvəl
-
1 saat əvvəl
Nizami küçəsi, Bülbül prospekti və Buzovnada abidələrə müdaxilə – Xəbərdarlıq edildi
-
1 saat əvvəl
Turizm layihələrinin kreditlərinə faiz subsidiyası gündəmdədir - HÖKUMƏTDƏN SƏRƏNCAM
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın ®
-
3 saat əvvəl
Azərbaycanın özəl ixrac lideri bəlli oldu – Göstərici 3,7 dəfə artıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm layihələrinin kreditlərinə faiz subsidiyası gündəmdədir - HÖKUMƏTDƏN SƏRƏNCAM
Bu şirkətin ixracı sıfırdan 27 milyon dollara sıçrayıb
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın ®
Ən çox oxunanlar
Azərbaycanın özəl ixrac lideri bəlli oldu – Göstərici 3,7 dəfə artıb
Avqustun 29-da gözlənilən hava şəraiti
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
“Prime Cotton” 7 ayda 100 milyon dollarlıq ixraca yaxınlaşıb
OPEC üçün növbəti zərbə ola bilər
İxracdan ən çox qazanan 10 özəl Azərbaycan şirkəti - SİYAHI






















