Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Yeni ticarət həftəsi olduqca təlatümlü başladı. Amerika Birləşmiş Ştatlarıdan Çin, Kanada və Meksikaya tətbiq olunan yeni gömrük rüsmları və sözügedən bu ölkələrin də ABŞ-a misilləmə siyasət tətbiq edəcəyi yönündəki açıqlamalar fonunda birjalar yeni həftəyə “gap” ilə başladı.

Belə ki, EUR/USD, GBP/USD, USD/CAD, AUD/USD məzənnələri müvafiq olaraq 1300 point, 1800 point, 2200 point və 1100 point ucuzlaşıblar.  Bitkoin 7790$, eterium və rippl isə hər biri 10% dəyər itirib. Qızıl ötən həftə 2817$-a kimi yüksələrək tarixi maksimumlarını yenilədəkdən sonra, 2775$-a kimi geriləyib.

Cari həftə ərzində bazarların gündəmində cümə axşamı günü İngiltərə Bankının (BoE) növbəti faiz qərarı, cümə günü isə Amerikada əmək bazarı, xüsusilə də NFP hesabatı olacaq.

BoE-nin isə uçot dərəcələrini 4.75%-dən 4.5%-ə endirəcəyi proqnozlaşdırılır.

Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada, Almaniyada, İngiltərədə və Yaponiyada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunacaq.

EUR

Ötən həftəni 1.0370 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə 1.0235 səviyyəsində start verdi və hazırda, 1.0223 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, eləcə də, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər. 

“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və burada qoruyub saxalaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

GBP

Keçən həftəni 1.24$ həddində tamamlasa da, funt-sterlinq də cari həftəyə sərt enişlə başladı və hazırda 1.2260 hədlərində ticarət olunur.  

Bu həftə isə İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı, bank sədri Endryu Beylinin çıxışı və PMİ rəqəmləri funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

XAU/USD

Qızıl ötən həftə 2817$-a kimi yüksələrək tarixi maksimumlarını yenidəkdən sonra, 2775$-a kimi geriləyib.

Hazırda, 2778$-dan təklif olunan “sarı metal”, investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.  

Kriptovalyutalar

Prezident Donald Trampın Kanada, Meksika və Çini uzun müddətdir təhdid edilən idxal tarifləri ilə vurmasından sonra kriptovalyutalar riskdən qorunma hissi fonunda ucuzlaşıb.

Bitkoinin qiyməti 91233$-a kimi düşdü. Hazırda, 93 888$-dan təklif olunan BTC-də eniş tendensiyası davam edərsə, qarşıda duran ən kritik dəstək həddi kimi, 90000$ səviyyəsi durur. Bu hədd qırılarsa, “ayılar” qiyməti 80000$-a kimi endirməyə çalışacaqlar.

20 ən böyük rəqəmsal aktivi bazar dəyərinə görə ölçən “CoinDesk 20” İndeksi 19% ucuzlaşıb. Eter 10.07% ucuzlaşaraq noyabr ayından bəri ən aşağı səviyyəyə enib.

XRP isə 10.40% dəyər itirərək 2.6573$-a qədər ucuzlaşıb. Bu, 9 dekabr 2024-cü ildən bəri ən böyük bir günlük azalmadır.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

03.02.2025 11:42
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ