Mərkəzi Bank Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları AÇIQLADI
Son dövrlərdə Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı geniş miqyaslı işlər aparılmaqdadır. Bu addım həm sosial müdafiə sisteminin təkmilləşdirilməsi, həm də ölkənin maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ahədə görülən işlər, gözləntilər və tənzimləmə mexanizmləri barədə əsas məqamları təqdim edir.
Mövcud işlər və qanunvericilik hazırlıqları
Mərkəzi Bankdan bildirilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılmış və ilkin qanunvericilik layihələri hazırlanıb. Xüsusilə, Rumıniya, Polşa, Fransa, Xorvatiya və Türkiyə kimi ölkələrin təcrübəsi öyrənilərək, qanun layihələrinin müasir və effektiv mexanizmlərə əsaslanması təmin olunub.
"Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır", - cavabda deyilir.
Həyat sığortası şirkətləri ilə əməkdaşlıq
AMB hesab edir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
"Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Ümumiyyətlə Mərkəzi Bank sığorta sektorunun inkişaf etdirilməsi, sektorun maliyyə sabitliyinin təmin edilməsi istiqamətində bir çox işlər icra etməkdədir", - açıqlamada deyilir.
Eyni zamanda, sığorta sektorunun inkişafı üçün Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər həyata keçirilir.
"Bütün qeyd olunan islahat tədbirlərində beynəlxalq təcrübənin dərindən öyrənilməsi prioritetlər daxilindədir. Yaxın zamanlarda kredit götürən şəxslərin həyatının sığortalanması ilə bağlı qaydalara edilən dəyişikliklər də bu inkişaf addımlarının nümunəsidir. Bu istiqamətdə təkmilləşdirmə işləri aparılarkən yenə də beynəlxalq təcrübənin o cümlədən Türkiyə və digər ölkələrin təcrübələrinin yaxından öyrənilməsinin konsepsiyanın formalaşmasında əhəmiyyətli təsirləri olub", -.Mərkəzi Bank bildirib.
Tənzimləmə və idarəetmə mexanizmləri
AMB qeyd edir ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur.
"Şəffaflıq və maliyyə sabitliyinin təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək. Diqər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır", - AMB bildirir.
Özəl pensiya fondlarının sosial və iqtisadi təsirləri
Özəl pensiya fondlarının qurulması bir sıra mühüm sosial və iqtisadi faydalar vəd edir. Mərkəzi Bankda hesab edirlər ki, uzunmüddətli maliyyə resurslarının artırılması və yeni maliyyə alətlərinin formalaşdırılması ölkənin maliyyə bazarlarının dərinləşməsinə səbəb olacaq.
Yeni maliyyə institutlarının yaranması və xarici investisiyaların cəlb edilməsi ilə ölkənin iqtisadi inkişafı sürətlənəcək, bu isə öz növbəsində investisiya mühitinin yaxşılaşdırılmasına səbəb olacaq.
"Bununla yanaşı, əhalinin maliyyə təminatı güclənəcək, sosial müdafiə sisteminin dayanıqlılığı təmin ediləcək və pensiya yaşına qədər maliyyə sabitliyinə nail olunacaq. Özəl fondlar dövlət büdcəsinə olan təzyiqi azaldaraq daha effektiv sosial müdafiə sisteminin qurulmasına imkan yaradacaq, yəni əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcəkdir", - AMB qeyd edir.
Beləliklə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması həm sosial, həm də iqtisadi baxımdan müsbət nəticələr vəd edir. Bu fondlar uzunmüddətli maliyyə resurslarının artmasına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ölkənin maliyyə bazarlarının inkişafına töhfə verəcəkdir.
© "Report"
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 d. əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
-
-
2 saat əvvəl
Azərbaycana daxil olan xarici valyuta çıxan valyutanı 1,4 milyard dollar üstələyib
-
3 saat əvvəl
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
-
3 saat əvvəl
Azərbaycan nefti orta hesabla 94,5 dollardan, qazı 313 dollardan ixrac edilib
-
3 saat əvvəl
2026-cı ilin ilk 6 ayında kapital və maliyyənin hərəkəti balansında 3 milyard dolıar kəsr yaranıb
-
3 saat əvvəl
Azərbaycana daxil olan pul baratları üzrə müsbət saldo 530 milyon dolları ötüb
-
3 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD Strateji Əməkdaşlıq Sazişi imzalayıblar
-
4 saat əvvəl
Azərbaycan banklarına “Moody’s”dən müsbət qiymət: Sistem riskləri azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
2026-cı ilin ilk 6 ayında kapital və maliyyənin hərəkəti balansında 3 milyard dolıar kəsr yaranıb
Fitch SOCAR-ın İtaliyadakı alışını müsbət qiymətləndirdi
Ən çox oxunanlar
SOCAR bu ölkədə 7 milyard dollar yatırmağa hazırlaşır
Fitch SOCAR-ın reytinqini təsdiqlədi, kredit profilini yüksəltdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
Azərbaycan neftinin qiyməti 127 dolları keçib
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
Rəsmi məzənnələr açıqlandı


























