Özümüz istehsal edib, 100 milyon dollara qənaət edəcəyik

“Əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir”.
“Marja” xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
İlham Əliyev əlavə edib ki, biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq:
“Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq”.
2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib: “Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək”.
“Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir”,- deyən prezident sözlərinə belə davam edib:
“Sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin.
Məlumat üçün qeyd etməliyəm ki, 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilmişdir. Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Məndə olan məlumata görə, bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilmişdir. Artım çox böyükdür - 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əliyev: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
-
3 saat əvvəl
Pezeşkian: Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik
Son Xəbərlər

"Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq"

Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib

İqtisadiyyat Nazirliyi ABŞ şirkətilə anlaşdı

Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq

"Məramımız, məqsədimiz birdir" - MƏTBUATA BƏYANATLAR

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
Ən çox oxunanlar

TuranBank ağacəkmə aksiyasında iştirak edib

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı və nağdsız əməliyyatların həcmi kəskin artıb

Əliyev: İran Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
