"Balıq bazarında qalmağımız üçün 3 ay möhlət istəyirik" – QITLIQ BAŞ VERƏ VƏ BALIQ BAHALAŞA BİLƏR

Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun layihəsinə əsasən, "Keşlə bazarı" söküləcək. Bununla əlaqədar olaraq bazarın tələm-tələsik bağlanması, alternativ şəraiti olan bazarların təklif olunmaması sahibkarları narahat edir. Onlar dövlət qurumlarından və aidiyyəti təşkilatlardan azı 3 ay vaxt verilməsini xahiş edirlər.
"Bütün respublikaya balıqlar topdan bu bazardan satılır"
"Keşlə bazarı"nda çalışan sahibkarlar adından "Marja.az"a müraciət edən sahibkar, balıqçılıq üzrə konsultant (məsləhətçi) Tural Məmmədov bildirib ki, bir neçə gün öncə "Yanvar ayının 1-dək bazarı tərk etmək" barədə məlumat almaları onlar üçün gözlənilməz olub:
""Keşə bazarı" bütün respublikada daha çox "Balıq bazarı" kimi tanınıb, həm pərakəndə satış ilə məşğul olanlar, həm də fərdi insanlar bura balıq almaq üçün gəlirlər. Bu bazar axşamlar işləyir - axşam saat 6-dan səhər saat 9-dək fəaliyyət göstərir. Burada çalışan sahibkarlar bütün respublikaya balıqların topdan satışı ilə məşğul olurlar. Respublikaya təzə balıqların böyük hissəsi buradan paylanılır. Sahibkarlar əsasən Türkiyədən, İrandan və Dağıstandan balıqlar idxal edirlər, külli məbləğlərdə vergilər ödəyirlər, işçi çalışdırırlar. İnsanlar da qiymətlər münasib olduğundan axşamlar bura gəlib topdan qiymətlər ilə pərakəndə balıq alırlar. Yəni çox ucuz bazardır.
"Balıq almaq üçün Bakıda ünvan-ünvan gəzməli olacaqlar"
"Keşlə bazarı" bağlanmamışdan əvvəl, buradakı sahibkarlara şəraitli başqa bir yer ayrılmayıb. Düzdür, buranın da əla şəraiti yoxdur, lakin neçə illər ərzində kustar da olsa hərə özü üçün bir yer düzəldib. Bir neçə gün öncə bizə bildiriblər ki, sahibkarlar 2025-ci ilin yanvar ayının 1-dək bazardan çıxmalıdırlar. Həqiqətən aprel ayında da gəlmişdilər. O zaman bildirmişdilər ki,"bazardan çıxacaqsınız, sizə dəqiq vaxt bildiriləcək və yer ayrılacaq". Amma bizə dəqiq vaxt bildirilmədi, uzandı. Bir neçə gün öncə gəlib bildirdilər ki, "ayın 1-dək çıxın, ərazisi yeni yol layihəsinə düşdüyü üçün bazar bağlanacaq, hərə gedib özünə yer axtarsın". Piştaxtada işləyənlər özlərin və ailələrin dolandırırlarsa, topdansatıcıların bazardan çıxması isə həm əksər marketlərin, pərakəndə satıcıların balıqsız qalmasına səbəb ola bilər. Hərə özünə bir ünvanda yer tapsa, balığın topdan satışı bir ünvanda olmayacaq. Dediyim kimi, bura Bakıdan, Bakıətrafı qəsəbələrdən, bütün rayonlardan balıq almağa gəlirlər. Belə çıxır ki, onlar gələn ildən müxtəlif növ balıq almaq üçün Bakıda ünvan-ünvan gəzməli olacaqlar.
Balıqçılar üçün "qızıl" aylarda bəd xəbər
Xahişimiz budur ki, bizə 3 ay möhlət verilsən. Sovetdən qalmış düşüncəyə görə, adında "r" hərifi olan aylar balıq yemək olar. Yanvar, Fevral və Mart ayları da bizim üçün "qızıl" aylar sayılır. Yaydan ziyan edib, qışı gözləmişik, xaricdən mallar sifariş etmişik, anbarda, yolda olan mallarımız var. Dekabrın 31-i bizim üçün son iş günüdür. Belə çıxır, Yeni il gecəsini keçirib, qeyri-iş günləri istirahət etmədən, ayın 1-dən gəlib buradan köçmək işlərilə məşğul olmaq lazımdır. Biz dövlət qurumlarından, aidiyyəti təşkilatlardan xahiş edirik ki, bizə ən azı, Novruz bayramınadək möhlət verilsin, yer ayrılsın, biz də gedib orada işləyək. Bu gün heç bir yer ayrılmayıb, deyiblər ki, "gedib özünüz öz başınıza çarə qılın". Hamımız küçələrə düşüb yer axtarırıq, lakin şəraitli yer yoxdur.
"Heç kəs 10 gün vaxt verilməsini ağlına belə gətirmirdi"
Bu ilin aprel ayında, bizə "Yaşıl Bazar"ın arxasında yer ayrılacağı bildirilmişdi. Biz düşündük ki, Sentyabrın ayınadək o yer hazır olacaq, hamımız ora köçəcəyik və rahat şəkildə işləyəcəyik. Hamımız yol layihəsinə görə "Keşlə bazarı"nın söküləcəyini bilirdik, amma heç kəs 10 gün vaxt verilməsini ağlına belə gətirmirdi.
"Baxdığımız bazarlar şəraitsizdir"
Mən daxil sahibkarlar "Montin bazarı"ında olmuşuq. Ora da bağlı bazardır, şəraitsizlikdir. "Təzə bazar" sökülüb. "Yaşıl bazar"ın arxasında bir yer var, lakin oranın istifadə olunacaq vəziyyətə gətirilməsi üçün xeyli zaman lazımdır. Ziya Bünyadov prospektindəki "Euro Home" ticarət mərkəzinin bir hissəsinin ayrıla bilinəcəyi barədə malumat aldıq. Gedib biz də kənd təsərrüfatı təyinatlı lisenziya alınmasının mümkünlüyünü soruşduq. Bu sualımıza cavab qalıb".
"Bu bazarın bağlanması ilə qıtlıq yarana bilər".
Tual Məmmədov qeyd edib ki, balıq satışı ilə məşğul olan topdansatıcıların bir ünvanda fəaliyyət göstərməsi daha məqsədəuyğundur:
"Elə sahinkar var ki, sazan balığını gətirir, elə sahibkar da var ki, farel gətirir. Məsələn, mən Türkiyədən çupra və levrek balıqlarını gətirirəm. Alıcı "Keşlə bazarı"na gəlməklə məndən çupra və levrek, digər topdansatıcılardan sazan, farel və başqa balıqları alır. Əgər topdansatıcılar ayrı-ayrı ünvanlarda olarsa - tutaq ki, mən "Elmlərdə" yerləşirəmsə, alıcı gəlib məndən farel və levrek almalıdır, sonra gedib, digər ünvandan xəşəmi götürməlidir və s. Pərakəndə satış ilə məşğul olanlar, sıravi insanlar axşam saatlarında "Keşlə bazarı"na gələrək marketlərdən xeyli ucuz qiymətlərə balıqlar alırlar.
Əgər Yanvarın əvvəlindən "Keşlə bazarı"nda satış dayanarsa, balıq qıtlığı yarana bilər. Məsələn, mən həftədə, 10 gündən bir Türkiyədən 1 maşın mal gətirirəmsə, yerim olmadığı üçün indi ehtiyat edirəm, balıq gətirmirəm. Çünki harada satacam?! Bu da gömrük və vergi ödənişlərimizin olmayacağı deməkdir. Mən daxil İrandan və Dağıstandan balıq idxal edən sahibkarlar yeni sifarişləri təxirə salıblar. Çünki vəziyyət qeyri-müəyyəndir. Malı gətirdik, harada satacağımız dəqiq deyil. Biz sahibkarlar olaraq balıqların satılması üçün zaman və əlverişli yer istəyirik".
"Malları ziyana satacam, işçiləri ixtisar edəcəm"
Sahibkar qeyd edib ki, dekabrın ayının sonunadək anbarda olan malları ziyanına satmalı olacaqdır:
"Mən əlimdə olan balıqları ziyanıma satacam. Çünki Yanvardan işləyib-işləməyəcəyimi bilmirəm. Mən qanuni şəkildə işləyirəm – 4 işçim, rəsmi kassa aparatım var. İşçilərə açıq şəkildə bildirmişəm ki, Yanvardan işdən çıxarılmağa hazır olsunlar. Mənim kimi buradakı digər sahibkarların da 4-5 işçisi var. Onlar da böyük ehtimalla işsiz qalacaqlar.
Yanvardan balıqlar bahalaşa bilər
Balıq qiymətləri 2025-ci ilin Yanvar ayından arta bilər. Əgər bu gün sahibkarlar xaricdən balıq idxalını təxirə salırlarsa, həmçinin pərakəndə satıcılar balıqları ayrı-ayrı ünvanlardan alırsa, nəqliyyat xərci artırsa, qiymətlərin də artması qaçılmaz olacaqdır. Bu bazarda sağlam rəqabət var. Biri fareli 10 manata satırsa, digəri 9,50 manata təklif edir. Amma topdansatıcılar aralı olanda rəqabət azalır. Məsələn, biri 11 manata satırsa, alıcı digər ünvana gedib onu 10,50 manata almağa ərinəcək. Fikirləşəcək ki, vaxt və yol xərci itirməkdənsə 11 manata alım. Bu da istər-istəməz maya dəyərini artıracaq. Marketlər onsuz da balıqları baha satırlar, qeyd etdiyim olarsa, onlar da qiymətləri daha da artıracaqlar".
Balıq yetişdirənlər üçün də problem yaranacağı gözlənilir
İş adamı əlavə edib ki, "Keşlə bazarı"nda balıq satışının dayanması yerli istehsalçılar üçün də probelmlər yaradacağı gözlənilir: "Balıq yetişdirən yerli fermerlər göllərdə böyümüş balıqları sentyabrdan etibarən satışa çıxarırlar. Göllərdə yetişən balıqları dekabrdan sonra sata bilməmək fermerlər üçün ciddi problem yaradacaqdır. Çünki balıqlar zaman keçdikcə daha da böyüyür və fermerlər üçün əlavə xərc yaradır".
28 ildir balıq ticarətilə məşğul olan sahibkar Tural Məmmədov yaranmış vəziyyətin müvəqqəti həlli üçün təklif də irəli sürüb:
"Sözügedən yolun təxminən 400-500 metri Keşlə bazarı ərazisindən keçir. "Koroğlu" metro stansiyası yaxınlığını Həsən Əliyev ilə birləşdirəcək yeni yol mütləq gərək buradan başlasın? Gərək bazar balıqçılar üçün "sezon" olan bir bir vaxtda sökülsün?! Təklif edirəm ki, yeni yolun bazarın ərazisindən keçən hissəsini sonda da çəkmək olar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün öncə imzaladığı Fərman ilə Balıqçılıq və Akvakultura Mərkəzi yaradılacaqdır. Təkliflər hazırlanacaq üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir. Hazırda balıqçıların sözlərini deyəcək bir qurum yoxdur. İnanırıq ki, bizim dərdimizi dinləyən, dəstək olan bir qurum fəaliyyətə başlayacaqdır. Təklif edirəm ki, Balıqçılıq və Akvakultura Mərkəzinin fəaliyyətə başlamasını gözləyək. Bu qurum bizə yer ayırsın, ora gedib balıqlarımızı sataq".
Qeyd edək ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən reallaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
-
18 saat əvvəl
Son bir gündə vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
-
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu
-
1 gün əvvəl
Neft Fondu dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib
-
1 gün əvvəl
122, 160A, 193, 195 və 503 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarılıb
-
1 gün əvvəl
Azərbaycanın icmal büdcəsində 1 milyard 683 milyon manat profisit yaranıb
-
1 gün əvvəl
1 aprel tarixinə Azərbaycanın 5 milyard dollardan çox xarici dövlət borcu olub
-
1 gün əvvəl
Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolu tikilir - 40 MİLYON MANAT AYRILIB
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu

Dövlət büdcələrinin icrasına dair operativ məlumat

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

Uber, Trendyol Go-nu satın almaq üçün danışıqlar aparır

Bankların adından Azərbaycan Prezidentinə müraciət ünvanlanıb

“Norm” şirkətində yığıncaq keçiriləcək

Quşçuluq şirkətinin direktoru vəzifədən azad ediləcək və yeni direktor təyin ediləcək
.jpg)