Qəhvənin qiyməti 2024-cü ilin əvvəlindən bu yana 74 faiz artıb
Təklif ilə bağlı narahatlıqlar qəhvə və kakao qiymətlərini yüksəldirQlobal birjalarda Arabica qəhvəsinin fyuçersləri 1 funt (453.59237 qram) üçün 3,28 dollara, kakao fyuçersləri isə 1,8 faiz artaraq bir ton üçün 9235 dollara yüksəlib.
Marja xəbər verir ki, Qəhvənin qiyməti 2024-cü ilin əvvəlindən bu yana 74 faiz, yalnız son bir həftədə 8,4 faiz artıb. Qəhvə qiymətləri son 47 ilin ən yüksək səviyyələrindədir.
"Kakao kimi, qəhvənin də bahalaşması Braziliyada 2025-ci il üçün zəif məhsul proqnozunu əks etdirir. Bu il daha az həcmdə məhsul gözlənilir. Həmçinin, Braziliya qəhvə istehsalçıları daha yüksək qiymətlər gözləyərək satışları təxirə salırlar", - Commerzbank-dan Carsten Fitch bildirib.
Həmçinin Fitch, "Vyetnam kimi böyük istehsalçılarda quraqlıq və güclü yağışlar səbəbindən robusta qəhvə istehsalının daha az olacağı ilə bağlı narahatlıqlar var" deyib.
Robusta qəhvəsi də bahalaşaraq bir tonu 5573 dollara çatıb.
Braziliya və Vyetnamdan təchizat problemləri
Qiymət artımının əsasını qəhvə istehsalının liderləri olan Braziliya və Vyetnamda yaşanan ciddi hava problemləri təşkil edir. Braziliyada ilin əvvəlində baş verən şiddətli quraqlıq qəhvə məhsuluna mənfi təsir göstərib və 2025/26-cı illər üçün istehsal gözləntilərini azaldıb. Ölkənin əsas qəhvə istehsal edən bölgəsi olan Minas Geraisdə yağıntıların miqdarı tarixi orta göstəricinin cəmi 10 faizini təşkil edib. Təbii fəlakətlərin monitorinqi mərkəzi "Cemaden" bu vəziyyəti 1981-ci ildən bəri ən quraq dövr kimi xarakterizə edir.
Vyetnamda bitkinin inkişaf dövründəki quraqlıq və məhsulun başlanğıcında həddindən artıq yağıntılar məhsuldarlığı azaldıb. 2023/24 məhsul ilində Vyetnamın qəhvə istehsalı 20 faiz azalaraq 1,472 milyon tona düşüb ki, bu da son dörd ilin ən aşağı səviyyəsidir. Vyetnam qlobal Robusta istehsalında liderdir və bu azalma birbaşa Robusta qiymətlərində əks olunub.
İstehlakçılara təsir: Artan xərclər
Qiymət artımı öz təsirini təkcə istehsalçılara deyil, istehlakçılara da hiss etdirməyə başlayıb. Bloomberg-ə görə, tədarük zəncirindəki satıcılar mənfəət marjasını qorumaq üçün qiymətləri artırarkən, endirimləri ləğv edirlər. Noyabr ayında Nestlé daha kiçik paketlər və daha yüksək qiymətlər üçün planlarını açıqlayıb. Bu addım qəhvə dənələrinin bahalaşmasının istehlakçılara əks olunmasının göstəricisi kimi qiymətləndirilir.
Qlobal bazar dinamikası
Braziliyada qəhvə istehsalının azalması qlobal qəhvə bazarını təzyiq altında qoyur. "Conab", Braziliyanın 2024-cü il üçün istehsal proqnozunu azaldıb. Eyni şəkildə, USDA hesabatına görə, Braziliyanın 2024/25 istehsal gözləntisi 66,4 milyon tona düzəliş edilib. Bu azalmalar bazarlarda qıtlığı dərinləşdirir.
Gələcək gözləntilər
Qəhvə ehtiyatlarının azalması da qiymətləri dəstəkləyən amildir. ICE tərəfindən monitorinq edilən Arabica ehtiyatları son 24 ilin ən aşağı səviyyəsinə düşüb. Robusta ehtiyatları son aylarda azalaraq bazara təzyiqini artırdıb.
Kolumbiya, Kosta Rika və Honduras kimi digər istehsalçı ölkələrdə hava şəraiti ilə bağlı problemlər qlobal qəhvə tədarükünü təhdid etməkdə davam edir. Spekulyatorların qiymət artımına təsiri bazarda volatilliyin artmasına səbəb olur
Qarşıdakı dövrdə qəhvə qiymətlərinin yüksək qalacağı gözlənilir. Yalnız istehsal və tədarük problemlərinin həlli bazarlarda tarazlığın təmin edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
34 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 43 d. əvvəl
-
-
53 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
1 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
1 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

























