“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə dünya maliyyə bazarları Rusiya və Ukrayna arasında gərginliyin arta biləcəyinə dair narahatlıqlar və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinə dair qeyri-müəyyənliklərlə qarışıq bir tendensiya yaşasa da, bu həftə bütün diqqətlər ABŞ-da növbəti dəfə açıqlanacaq iqtisadi artım (ÜDM) məlumatlarındadır.
Geosiyasi gərginliklər, eləcə də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ilə FED administrasiyası arasında mümkün mübahisələr bazarlarda volatilliyi artırsa da, çərşənbə axşamı günü açıqlanacaq Federal Açıq Bazar Komitəsinin (FOMC) 6-7 noyabr tarixlərində keçirilən iclasının protokollarından gələcək siqnallar, FED-in monetar siyasətinə dair gələcək proqnozlarını təyin etməyə kömək edəcək.
Ötən həftə Avrozonada, Almaniyada və İngiltərədə proqnozların altında açıqlanan iqtisadi göstəricilər fonunda EURUSD, GBPUSD məzənnələri kəskin ucuzlaşaraq 1.0330 və 1.2490 hədlərini test etsələr də, daha sonra bir qədər bahalaşaraq, 1.0410, 1.2530 həddlərində tamamladılar. Lakin, cari həftəyə hər iki aktiv sıçrayışla (gap) başlayaraq hazırda, müvafiq olaraq, 1.0480 və 1.2590 hədlərində ticarət olunurlar.
Bu həftə Amerikada açıqlanacaq bazar ertəsi Dallas FED İstehsalat Fəaliyyət İndeksi, Çikaqo Milli Fəaliyyət İndeksi, çərşənbə axşamı Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının protokolları, “Conference Board” (CB) İstehlakçı Güvən İndeksi, Riçmond FED Sənaye İndeksi, Yeni Mənzil Satışları, çərşənbə günü ÜDM, ÜDM Qiymət İndeksi, Şəxsi İstehlak Xərcləri İndeksi, Şəxsi Gəlirlər İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsullar üzrə Sifarişlərin Həcmi kimi göstəricilər ABŞ iqtisadiyyatına dair cari mənzərəyə işıq tutacaq.
Cari həftə ərzində, bazar ertəsi günü Almaniyada “IFO” Biznes Mühiti İndeksi, çərşənbə axşamı Almaniyada “GFK” İstehlakçı Güvən İndeksi, Avrozonada İstehlakçı Güvən İndeksi, cümə axşamı və cümə günləri Almaniyada və Avrozonada İstehlak Qiymətləri İndeksi (CPI), Almaniyada İşsizlik Səviyyəsi kimi iqtisadi-statistik məlumatlar təqib ediləcək.
Asiya bazarlarında isə çərşənbə axşamı Yaponiyada “BoJ”-dan İstehlak Qiymətlərinin Baza İndeksi, çərşənbə günü Çində Sənaye Mənfəəti, cümə günü Tokio İstehlak Qiymətləri İndeksi, Sənaye İstehsalının Həcmi, İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi məlumatları izləniləcək.
EUR
Ötən həftə Avropa İttifaqının Statistika İdarəsinin təqdim etdiyi yekun məlumatlara əsasən, Avrozonada sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri illik ifadədə 2.0%, aylıq ifadədə isə 0.3% artıb.
Dərc olunmuş hər iki göstərici analitiklərin proqnozları ilə üst-üstə düşdü.
Nəticədə, inflyasiya 1.7%-lik nəticə ilə sentyabr ayı ilə müqayisədə daha da sürətlənib.
Nəticədə, həftəyə 1.0530 səviyyəsində başlayan EURUSD məzənnəsi ucuzlaşaraq 1.0330 həddini test etdi.
Həftəlik şamını 1.0410 səviyyəsində tamamlayan və cari həftəyə “gap”-la başlayan EURUSD cütlüyündə tendensiyanın formalaşmasına cari həftə ərzində Avrozonada dərc olunacaq CPİ, eləcə də Almaniyada açıqlanacaq əmək bazarı göstəriciləri ciddi təsir edə bilər.
GBP
Keçən həftəyə 1.2620 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2490 həddinə qədər ucuzlaşdı və həftəni 1.2530 səviyyəsində tamamladı.
GBP/USD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
İnvestorlar kar satışlarına yönəldiyi üçün qızıl qiymətləri son 3 həftənin pik nöqtəsindən geri döndü.
Ötən həftəyə 2565$ həddində start verən və həftəlik şamını 2715$ həddində tamamlayan qiymətli metal cari həftəyə 2692$-da start verdi. Hazırda, 2673$-da təklif olunan qızılda qarşıda duran əsas dəstək həddləri kimi, 2637$, 2600$ və 2536$ hədləri çıxış edir.
Qyed edək ki, dekabr ayında FED-dən yeni 25 baza bəndlik faiz endirimi ehtimalı keçən həftəki 62%-dən 51%-ə düşüb. Analitiklər qızıl kimi, strateji aktivləri daha az cəlbedici edən yüksək faiz dərəcələrinin metala daha çox təzyiq göstərə biləcəyini vurğulayırlar.
BİTKOİN
“Bitcoin”, Donald Trampın qələbəsindən sonra başlayan rallinin hədəfi kimi göstərilən 100 min dollarlıq hədd yaxınlığından yaşanan kar şatışlarından sonra toparlanır.
Noyabrın 22-də 99588$-a çatdıqdan sonra başlayan satışlarla 96888$-a qədər geriləyən bitkoin, bugün 97800$-a yaxın hədlərdə dalğalanır.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
11 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
5 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
6 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat





.jpg)
.jpg)







.jpg)





