Avropanın ən böyük ümidi iflasdan qorunmaq üçün müraciət etdi
Gözlənilən baş verdi: Northvolt maliyyə çətinlikləri səbəbindən ABŞ-da iflasdan qorunmaq üçün Fəsil 11-ə müraciət edib. Şirkətin təqribən 30 milyon dollar pul ehtiyatı olmasına baxmayaraq, 5,8 milyard dollar borcu var.İsveçin elektrik avtomobil batareyası istehsalçısı Northvolt ABŞ-da iflasdan qorunmaq üçün Fəsil 11-ə müraciət edib.
Marja.az xəbər verir ki, Şirkət, bir həftə ərzində fəaliyyətini davam etdirmək üçün nağd pula malik olduğunu, iflas prosesi üçün 100 milyon dollar yeni maliyyə vəsaiti təmin etdiyini açıqlayıb.
Northvolt yerli batareya istehsalçısı kimi Çindən asılılığı azaltmaq üçün Avropanın ən böyük ümidi idi.
Həmçinin oxu
İsveçin batareya istehsalçısı iflas etmək üzrədirABŞ Hyuston İflas Məhkəməsinə etdiyi müraciətdə şirkət hazırkı pul ehtiyatlarının cəmi 30 milyon dollar olduğunu və 5,8 milyard dollar borcu olduğunu bildirib. Təxminən 6600 işçisi olan Northvolt, restrukturizasiya prosesini 2025-ci ilin birinci rübünə qədər başa çatdırmağı hədəflədiyini açıqlayıb.
Northvolt tez bir zamanda elektrikli avtomobil batareyası sahəsində Avropanın lideri olmaq hədəfindən maliyyə çatışmazlığı, istehsal problemləri və əsas müştəri itkisi səbəbindən sağ qalmaq üçün mübarizə aparan bir şirkətə çevrilib.
Şirkət bu yaxınlarda daxili hədəflərini yerinə yetirə bilmədi və Skellefteå-dakı batareya istehsalı müəssisəsində istehsalı azaldıb. Şirkətin istehsal gücü ildə 300 000 batareya ilə məhdudlaşırılıb.
Northvolt iflas prosesi çərçivəsində cəmi 245 milyon dollar dəyərində maliyyə paketi üzərində işləyir.
Şirkətin ən böyük müştərisi və səhmdarı olan İsveç yük maşını istehsalçısı Scania bu prosesi dəstəkləmək üçün 100 milyon dollar kredit ayırıb. Scania-nın töhfəsi ilə şirkət iflas prosesi zamanı fəaliyyətini normal şəkildə davam etdirə biləcəyini açıqlayıb.
Northvolt-un idarə heyətinin müvəqqəti sədri Tom Johnstone, "Bu mühüm addım Avropada yerli batareya istehsalı bazası yaratmaq missiyamızı davam etdirməyə imkan verəcək" deyib və restrukturizasiya prosesi zamanı müştərilər, səhmdarlar və strateji investorlardan gələn yeni maliyyə təkliflərinin qiymətləndiriləcəyini bildirib.
Volkswagen və İsveç hökuməti yaxından izləyir
Volkswagen, Northvolt-un ən böyük səhmdarı (21%) olaraq hadisələri yaxından izlədiyini açıqlayıb, lakin şirkətin iflas ərizəsinin öz biznesinə necə təsir edəcəyini şərh etməyib. İsveçin Baş nazirinin müavini Ebba Buş hökumətin elektrikli avtomobil akkumulyatoru sənayesini dəstəkləməyə davam edəcəyini, lakin Northvolt ilə ortaq olmaq planlarının olmadığını ifadə edib.
Northvolt-un iflas ərizəsi sənayedə şiddətli rəqabət və elektrikli avtomobil tələbində gözləniləndən daha yavaş artım fonunda baş verir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Çin dünya üzrə akkumulyator istehsalının 85 faizinə nəzarət edir ki, bu da Avropa istehsalçılarını ciddi təzyiq altında qoyur.
Handelsbanken analitiki Hampus Engellau iflasın qorunmasının şirkətə qısa müddətli möhlət verəcəyini söyləyib, lakin Northvolt biznes modelini yenidən qurmaq üçün lazımi investisiyaları tapmalıdır.
Məhkəmə prosesi zamanı Northvolt-a işçilərinə olan borclarını ödəməyə və Scania-dan kreditin birinci tranşından istifadə etməyə icazə verilib. Şirkətin, strateji transformasiya edərək Avropada batareya sənayesində lider mövqeyini qoruyub saxlaya bilib-bilməyəcəyi maraq doğurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
31 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 40 d. əvvəl
-
-
50 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
1 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
1 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

























