Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29-da təqdim olundu
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement və beton sektorunun Xalis Sıfır Yol Xəritəsini BMT-nin İqlim Dəyişmələri üzrə konfransı - COP29 Azərbaycanda təqdim etdi. Bununla da, assosiasiyanın üzvləri inşaat sektorunda karbon emissiyalarının azaldılmasını sürətləndirmək cəhdlərini qlobal arenada da nümayiş etdirdilər.
Layihənin təqdimatında Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının direktoru İsrail Asəliyev, Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) CEO-su Tomas Giyo, VDZ Elmi-Tədqiqat İnstitunun CEO-su və Avropa Sement Tədqiqatları Akademiyasının nümayəndəsi Martin Şnayder, PMD Projects şirkətinin CEO-su Nəriman Topçibaşov spiker qismində çıxış etdilər.
İsrail Asəliyev tədbirin açılış nitqini etdi və qeyd etdi ki, Azərbaycanın sement sənayesi təkcə yerli deyil, qlobal səviyyədə də lider sənayelərdən biri hesab oluna bilər. “Bu sənaye yaşıl istehsal prinsiplərinin və beynəlxalq standartların tətbiqinə təkcə bu tədbir ərəfəsində deyil, çox illər əvvəldən başlayıb. Tullantılardan xammal kimi istifadəsinə görə sement sənayesi dünyada birinci yerdədir. Ümumiyyətlə, tullantılardan xammal kimi, eləcə də, alternativ yanacaq kimi istifadə asan görünə bilər, lakin bu proseslər kifayət qədər qəlizdir və bəzən istehsalçılardan əlavə investisiyalar qoymaq tələb edə bilər. Bütün addımları nəzərə alsaq, COP29-da iştirakımız və xəritənin təqdimatı təbiidir.”
Tomas Giyo Qlobal Sement və Beton Assosiasiyası haqda məlumat verərək, qeyd etdi ki, sement və beton sənayesində dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləmək üçün yaradılan qurumun ilk gündən etibarən, gündəliyində sement sənayesinin xalis sıfır emissiyalarla bağlı proqramları dayanır: “Dayanıqlı inkişaf gündəliyi olan bütün sement və beton şirkətləri assosiasiyanın üzvüdürlər və bu gün də, məhz Azərbaycanın sement sənayesinin üzvlərinin dayanıqlı inkişafla bağlı gündəliyini müzakirə edirik.”
Avropa Sement Tədqiqatı Akademiyasından Martin Şnayder Xalis Sıfır Yol xəritəsinin təqdimatında əhəmiyyətli məqamları vurğuladı: “Bu xəritədə bütün dəyər zəncirinə baxdıq və emissiyaların bütün dəyər zənciri boyunca azaldılmasını nəzərdə tutduq. Bu gün Azərbaycanın 4 sement istehsalçısının hər birinin müasir zavodu mövcuddur. Bu zavodlarda karbon emissiyalarının 2030-ci ilə qədər azaldılması və 2050-ci ildə isə xalis sıfır emissiyaya nail olmaq hədəflənir. Bu hədəfə nail olmaq üçün rıçaqlar alternativ yanacaqdan istifadə, klinker faktorunun azaldılması, inşaat dizaynının optimallaşdırılması və innovasiyası, həmçinin karbonun tutulması, utilizasiyası və saxlanılmasıdir.”
İnşaat materiallarının son istehlakçısı tikinti sektorudur. “Biz inşaat materialları istehsalçıları ilə bir neçə gündür ki, emissiyaların azaldılmasını müzakirə edirik. Lakin bu tədbir bir daha göstərir ki, emissiyaların azaldılması bütün son istehlakçılardan, yəni hər birimizdən asılıdır”, - Nəriman Topçibaşov öz çıxışında qeyd edib.
Spikerlərin çıxışlarından sonra panel müzakirələri baş tutdu, sement şirkətlərinin CEO-ları assosiasiyanın missiyası ətrafında bir araya gəldiklərindən danışdılar və karbon emissiyalarının azaldılması ilə bağlı sualları cavablandırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO


















