“Qarabağ” futbol klubu bostanda yetişməyib"
"Qarabağ" FK bəyan edib ki, Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır.
“Marja” xəbər verir ki, Klubun açıqlaması böyük etirazlara səbəb olub.
"Qarabağ" FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik.
Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək "Qarabağ"ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, "Qarabağ" FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azersun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır,- Klubun Facebook səhifəsində paylaşılmış açıqlamasında deyilir.
Etiraz edənlər bildirirlər ki, öz ölkəsinin futbol klubunun uğuruna sevinmək, bu uğuru qeyd etmək hər bir şəxsin və şirkətin haqqıdır. Bu məsələdə “Qarabağ” adı təkcə “Azərsun”a məxsus olmamalıdır. “Qarabağ” ilə bütün Azərbaycan xalqı, o cümlədən şirkətlər fəxr edir. Klub açıqlaması ilə xalqın xətirinə dəyib.
Paylaşımın şərh bölməsində Pərviz Həbibli yazıb ki, “Qarabağ” adından və loqosundan hər bir azərbaycanlı və şirkət istifadə hüququna malik olmalıdır. Çünki qələbə yalnız “Azərsun”un deyil, Azərbaycan xalqının qələbəsidir.
Açıqlamaya qarşı çıxanlara bildirirlər ki, “Azərsun Holdinq” “Qarbağ” klubuna Azərbaycan xalqından qazandığı pullar ilə sponsorluq edib. Xalq şirkətin istehsal etdiyi yağ, çay, şəkər və digər məhsullarını alaraq dolayı yolla da olsa kluba dəstək verib.
“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və Sosial Xidmətlər departamentinin rəhbəri Afiq Səfərov yazıb ki, “Qarabağ” futbol klubu bostanda yetişməyib, hər gələn faydalansın:
“Azərsun Holdinq” klubu bu səviyyəyə çatdırmaq üçün yüz milyonlarla vəsait xərcləyib. O fürsətçil şirkətlər “Qarabağ”ın oyunlarına reklam dəstəyi üçün yüz manat da xərcləməyib. Bir sıra şirkətlər “Qarabağ”dan istifadə etməklə öz məhsullarını qanunsuz reklam edirlər. Bütün dünyada hüquq anlayışı var. Klubun hüquqları “Azərsun Holdinq”ə məxsusdur. İstifadə etmək istəyən buyurub müraciət edə bilər. Kluba dəstək olduqdan sonra məsələyə baxa bilərik. Bütün dünyada belədi”.
Afiq səfərov qeyd edib ki, azarkeş dəstəyilə, qanunsuz reklam qarışdırılmamalıdır. Azarkeşlər istədikləri qədər klubu dəstəkləyə bilərlər və buna görə, “Azərsun” onlara təşəkkür edir:
“Qarabağ” futbol klubu “Azərsun Holdinq”ə məxsus klub olmaqla yanaşı, həm də bir ticarət markasıdır. “Azərsun”un icazəsi olmadan heç bir kənar ticari məhsul klubun loqosundan istifadə edə bilməz. Belə deyək, bu, avtomobil düzəldib üzərinə “Mercedes” loqosu vurmağa bənzəyir.”
BİZ MƏNƏVİ DƏSTƏK GÖSTƏRMİŞİK
“Qarabağ”ın loqosundan istifadə edərək post paylaşan şirkətlər iddia edirlər ki, onlar bu addımla özlərini və məhsularını reklam etməyiblər, əksinə kluba mənəvi dəstəklərini bildiriblər.
İzləyicilərdən biri yazıb ki, şirkətlər sevincdən nə etdiklərini unudublar.
Bir çoxları “Azərsun Holdinq”ə dəstək durublar. Onlardan biri nümunə kimi, Azərbaycanın “Bakcell” şirkətinin “Mançester Yunayte”də illərdir milyonlar ödəyərək reklamlarında adından və loqosundan istifadə etməsini göstərib.
Lakin bir məsələ unudulur ki, burada şirkətlərin bütün reklam vasitələrində daimi istifadədən söhbət getmir. Hər bir şirkət bir dəfə mətn, foto, video və s paylaşım edərək qələbəni qeyd edib. Burada mənəvəi dəstək ilə reklam arasında sərhəd yoxdur.
Müzakirələr davam edir. Siz də bu linkə daxil olaraq fikirinizi yaza bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















