EY Azərbaycanda 30 illik fəaliyyətini qeyd edir - FOTOLAR
(®) EY (Ernst & Young) şirkəti Azərbaycandakı 30 illik fəaliyyətinin əhəmiyyətli mərhələsini qeyd edir. Bu münasibətlə 10 oktyabrda Bakıda müştəriləri, hökumət rəsmilərini və biznes strukturlarının rəhbərlərini bir araya gətirən xüsusi tədbir keçirildi.
1994-cü ildə Azərbaycanda ofisinin təsis etdiyi gündən bəri EY şirkəti ölkədə iqtisadi dəyişikliklərin dəstəklənməsində mühüm rol oynayır. Son üç onillikdə EY audit, konsaltinq, vergi və məsləhət xidmətləri sahəsində dünya səviyyəli peşəkar xidmətlər göstərərək, yerli şirkətlərə inkişaf etməyə, innovasiyaları tətbiq etməyə və dünyada daha rəqabətədavamlı olmağa kömək etmişdir.
Tədbirdə EY Azərbaycanın idarəedici partnyoru İlqar Vəliyev şirkətin regionun iqtisadi və sosial inkişafına verdiyi uzunmüddətli töhfədən danışdı: “30 ildir ki, EY Azərbaycanın inkişaf yolunda etibarlı tərəfdaşıdır. Biz idarəetməni təkmilləşdirmək, şəffaflığı artırmaq və davamlı inkişafı təşviq etmək üçün yerli biznes və dövlət sektoru ilə sıx əməkdaşlıq edirik. 2024-cü il EY-ın bütün əməkdaşları, eləcə də keçmiş həmkarlarımız üçün mühüm mərhələdir, çünki bu, 324 mütəxəssisdən ibarət peşəkar komandamızın zəhməti sahəsində əldə etdiyimiz nailiyyətləri əks etdirir.”
1994-cü ildə Azərbaycanda ofisini açan EY ilk beynəlxalq mühasibat uçotu və məsləhət xidmətləri şirkəti oldu. Şirkət tez bir zamanda bank və maliyyə institutlarının, telekommunikasiya şirkətlərinin və aparıcı dövlət sektoru müəssisələrinin auditini aparan etibarlı brendə çevrildi.
“EY Azərbaycan şirkəti fəaliyyətinə 1994-cü ildə yalnız bir neçə işçi ilə başlamışdır. Zaman keçdikcə biz müştərilərimizə audit, vergi və hüquq, konsaltinq, strategiya və əməliyyatların müşayiət edilməsi sahəsində dəyər qazandıran peşəkar xidmətlərı genişləndirmişik. Son 30 il ərzində çox şey dəyişsə də, müştərilərimizə davamlı olaraq müstəsna xidmətlərin göstərilməsinə verdiyimiz önəm dəyişməmişdir”, - İlqar Vəliyev bildirmişdir.
EY Azərbaycan şirkətinin ölkənin tərəqqi etməsi naminə fəaliyyəti təkcə biznes konsaltinqlə məhdudlaşmır. Təlim təşəbbüsləri və bacarıqların artırılması proqramları vasitəsilə EY Azərbaycan yerli kadrların cəlb edilməsində və Azərbaycanda gələcək liderlərin yetişdirilməsində fəal rol oynayır. Azərbaycanda minlərlə mütəxəssis şirkətimizin biliklərin ötürülməsi, bacarıqların inkişafı və liderliyin inkişafına yönəlmiş təşəbbüslərindən faydalanmışdır.
Mərasimdə çıxış edən EY şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İdarəedici Partnyoru Yerlan Dosımbekov Bakıdakı həmkarlarına təşəkkürünü bildirmiş və EY-nin əməkdaşlarının inkişafı istiqamətində səylərini və ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayan yerli kadr ehtiyatının genişləndirilməsində rolunu vurğulamışdır. O, həmçinin demişdir: “EY-nin Azərbaycanda 30 illik yubileyini qürurla qeyd etdiyimiz bu tədbir bizim üçün keçdiyimiz yollara və əldə etdiyimiz nailiyyətlərə məmnunluq hissi ilə yenidən nəzər salmaq üçün xüsusi bir fürsətdir. EY şirkətinin ölkənin inkişafına mühüm töhfələr verən keçmiş əməkdaşları ilə görüşmək xoşdur. Bu gün ölkənin nüfuzlu qurumları və əsas müştəriləri ilə sıx tərəfdaşlığımızı da qeyd edirik. EY Azərbaycan şirkətinin ölkədə sürətli artımı peşənin və ölkə iqtisadiyyatının inkişafı istiqamətində uzunmüddətli öhdəliyimizin əsasını təşkil edən etimad və keyfiyyətə arxalanır."
Biznes icması üçün mühüm əhəmiyyət kəsb edən EY kimi peşəkar xidmət şirkətləri müştərilərini mürəkkəb qlobal bazarda uğur qazanması üçün uyğun alət və təcrübə ilə təmin edirlər. EY yerli şirkətlərə öz əməliyyatlarını müasirləşdirməyə, qabaqcıl qlobal təcrübələri tətbiq etməyə və davamlı strategiyaları həyata keçirməyə dəstək verməkdə davam edir.
2019-cu ildən EY ölkədə kiçik və orta biznesin tanınması və dəstəklənməsinə yönəldilmiş “EY İlin İş Adamı” müsabiqəsini təşkil edir.
EY şirkəti gələcək fəaliyyətində də Azərbaycanın şirkətləri, hökumət qurumları və cəmiyyətinin etibarlı tərəfdaşı olmağa çalışacaq. "Bu 30 illik səyahət əməkdaşlıq və qarşılıqlı uğurlarla bol olub. Azərbaycan inkişaf etməyə və yeni zirvələrə çatmağa davam etdikcə biz də bu tərəfdaşlığı davam etdirməyə çalışacağıq", - cənab Vəliyev əlavə etmişdir.
EY haqqında
EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. 1994-cü ildə Bakıda ofisini açandan bəri, EY Azərbaycan ölkənin iqtisadi transformasiyasını dəstəkləmək üçün müxtəlif sektorlar üzrə bütün ölçülü bizneslərlə çalışır. Şirkət müştəriləri, işçiləri və xidmət etdiyi cəmiyyətlər üçün ən yaxşı iş dünyasını qurmağa sadiq qalır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
3 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
10 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























