Qiymətli kağızların dövriyyəsində artımın əsas səbəbi repo və əks-repo əməliyyatlarıdır
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızların dövriyyəsində artım baş vermişdir ki, bu artımın əsas səbəbi repo və əks-repo əməliyyatları olmuşdur.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Belə ki, qiymətli kağızlar bazarının ticarət dövriyyəsi ötən ilin ilk yarısı ilə müqayisədə 1.2 dəfə (10.1 mlrd manat) artaraq 18.6 mlrd. manata çatmışdır. Artıma əsas verən qüvvə repo və əks-repo əməliyyatları olmuşdur. 2023-ci ilin birinci yarımilinin sonu ilə müqayisədə repo və əks-repo əməliyyatlarının həcmi 2.3 dəfə (8.9 mlrd. manat) artaraq 12.8 mlrd. manata çatmışdır. Yeni pul siyasətinin əməliyyat çərçivəsinin tətbiqi repo və əks-repo əməliyyatlarının artımını şərtləndirmişdir. Ötən ilin birinci yarımili ilə müqayisədə cari ilin ilk yarısında korporativ qiymətli kağızlar 53%( 0.7 mlrd. manat), dövlət qiymətli kağızları isə 15%(0.5 mlrd. manat) artaraq müvafiq olaraq 2.1 və 3.7 mlrd. manat təşkil etmişdir.
2023-cü ildən başlanılan pul siyasətinin yeni əməliyyat çərçivəsi fonunda bankların günlük likvidlik ehtiyaclarını təmin etməsi məqsədilə təkrar bazardan daha aktiv istifadə edilməsi repo/əks-repo bazarında canlanmanı şərtləndirmişdir. Cari ilin ilk yarısında repo/əks-repo əməliyyatlarının həcmi 12.8 mlrd. manat təşkil etmişdir ki, bu əməliyyatların 7.9 mlrd. manatı ikinci rübün payına düşür. Ümumilikdə, ötən ilin ikinci rübündən etibarən həm rüblük əməliyyatların həcmində, həm də hər əqd başına düşən orta məbləğdə nəzərə çarpan artım müşahidə edilməkdədir.
Qiymətli kağızların ticarət dövriyyəsi həm ilkin, həm də təkrar bazar üzrə artmışdır. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlarının ilkin bazar dövriyyəsi 48% (0.5 mlrd. manat) artaraq 1.4 mlrd. manata, təkrar bazar dövriyyəsi isə 64%(0.3 mlrd. manat) artaraq 0.7 mlrd. manata çatmışdır. Ötən ilin ilk yarımilinin sonu ilə müqayisədə dövlət qiymətli kağızlarının ilkin bazar dövriyyəsi 13%(0.3 mlrd. manat), təkrar bazar dövriyyəsi isə 21%(0.1 mlrd. manat) artaraq müvafiq olaraq 2.9 və 0.8 mlrd. manat olmuşdur.
Cari ilin birinci yarımili ərzində tədavüldə olan dövlət qiymətli kağızlarının həcmi artmışdır. Belə ki ötən ilin sonu ilə müqayisədə tədavüldə olan dövlət qiymətli kağızların həcmi 4.6% artaraq 8 mlrd. manata çatmışdır. Artımı şərtləndirən əsas amil dövlət istiqrazları olmuşdur. 2024-ci ilin birinci yarımili ərzində tədavüldə olan dövlət istiqrazlarının həcmi ötən ilin sonuna nisbətdə 11% (0.7 mlrd. manat) artaraq 7.1 mlrd. manata çatmışdır. Dövlət istiqrazlarının həcmi uzunmüddətli dövlət qiymətli kağızlarının emissiyası hesabına artmışdır.
Səhm bazarının kapitalizasiyası üzrə müsbət trend davam etməkdədir. Ötən ilin sonu ilə müqayisədə səhm bazarının kapitalizasiyası 25% artaraq 3.7 mlrd. ABŞ dollarına çatmışdır.
Azərbaycandakı investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilmişdir. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4.4 mln. manat olmuşdur. Bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.4% azdır.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, investisiya şirkətləri üzrə xalis mənfəətin azalmasını şərtləndirən əsas amil bəzi şirkətlər üzrə inzibati xərclərin artımı olmuşdur. Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirmişdir. Belə ki, 2023-ci ilin birinci yarımili ilə müqayisədə ROA göstəricisi 2.4 f.b. azalaraq 1.9%-ə, ROE göstəricisi isə 3.2 f.b. azalaraq 9%-ə enmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
- 20 d. əvvəl
-
-
31 d. əvvəl
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığı üzrə seminar keçirilib
-
1 saat əvvəl
Aprelin 14-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
-
1 saat əvvəl
"ABB Invest "vasitəsilə "PAŞA Bank" səhmlərinin sahibi olun!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Xəzər dənizi ilə bağlı regional ekoloji layihəni maliyyələşdirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
"ABB Invest "vasitəsilə "PAŞA Bank" səhmlərinin sahibi olun!
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı!
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
Ən çox oxunanlar
“Bizim kapital ehtiyacımız yoxdur, İPO addımı illərdir formalaşan inkişafı bölüşmək, yerli kapital bazarının inkişafına töhfə verməkdir”
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
Rəsmi məzənnələr açıqlandı
Neft blokada xəbəri ilə bahalaşıb
Bu gün "PAŞA Bank"ı 1 milyard manatdan çox bazar dəyrinə çatdıra biləcək "səhmlərin abunə yazılışı" başlayır
Tramp: Hörmüz Boğazını blokadaya alacağıq



















