Qızılın qiymətində rekordlar davam edir
2024-cü ilin əvvəlindən qızıl təxminən 30%-ə yaxın bahalaşıb. Bu gün qızılın qiyməti 2638 dolları da keçib. Səbəblər - FED-in uçot dərəcəsini daha sürətli azaldacağı gözləntiləri, mərkəzi bankların alışları və geosiyasətdir.ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ mərkəzi bankı) rəsmilərinin monetar yumşalma ehtimalını artıran açıqlamaları ilə qızıl yenidən rekord səviyyəyə yüksəlib..
Marja.az xəbər verir ki, dünya bazarlarında həftənin ikinci ticarət günündə bir spot unsiya qızıl 2638 dollara satılır (cari bazar qiyməti). İnvesting.com-dakı məlumata görə, qızıl fyuçerslərinin qiyməti 2662 dolları keçib.
(Qeyd edək ki, spot qiymət, aktivin dərhal alına və ya satıla biləcəyi cari bazar qiymətidir. Bu qiymət cari tələb və təklifə uyğun olaraq müəyyən edilir və əməliyyat zamanı etibarlıdır. Spot alışlar və spot satışlar dərhal bu qiymətə baş verir, yəni aktivlər dərhal alıcıya çatdırılır. Spot qiymət gələcək qiymətlərdən (fyuçers) fərqli olaraq cari bazar şərtlərini əks etdirir.)
FED-in Çikaqo şöbəsinin sədri Austan Goolsbee, inflyasiya 2 faizlik hədəfə yaxınlaşdıqca diqqətin əmək bazarına yönəlməli olduğunu və "bu, gələn il daha çox faiz endirimi deməkdir" deyib. FED-in Minneapolis şöbəsinin sədri Neel Kashkari də əmək bazarının zəifliyinə işarə edib.
Bazarlar, ilin sonuna qədər FED-dən iki dəfə faiz endirimi gözləyir.
İsrailin Cənubi Livana böyük hücumu da qızılı bahalaşmasına səbəb olur.
Qiymətli metal bu il təxminən 30 faiz bahalaşıb (cari qiymət). Qızıl fyuçersləri isə (gələcək qiymət) 36%-dən çox artıb. Qızılın artım tendensiyasını dəstəkləyən digər amillərə mərkəzi bankların və Çində istehlakçıların alışlarının artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələr daxildir.
Bir çox analitik qiymətlərin artmağa davam edəcəyini deyir. Bir unsiya qızılın qiymətinin 2700 dollar, 2800 dollar hətta 3000 dollar səviyyələrinə çatacağı barədə proqnozlar verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
18 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub




























