2025-ci ildə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır. Gələn il 3 milyard 51,6 milyon manat büdcə kəsri (defisit) olacağı nəzərdə tutulur.
Maliyyə Nazirıiyi Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb.
Marja.az xəbər verir ki, açıqlamada 2025-ci il üzrə dövlət və icmal büdcələrin proqnozu da yer alıb.
İcmal büdcə.
2025-ci ildə icmal büdcənin gəlirləri 44 milyard 371,4 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisinə nəzərən 856,4 milyon manat və ya 2 faiz artım deməkdir.
İcmal büdcə xərcləri isə növbəti ildə 45 milyard 867 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 240,2 milyon manat və ya 0,5 faiz çoxdur. 2025-ci il üzrə icmal büdcədə 1 milyard 495,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.
Dövlət büdcəsi
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6 faiz çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 379,6 milyon manat və yaxud 3,9 faiz çoxdur.
Növbəti ildə dövlət büdcəsinin xərcləri 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 74,7 milyon manat və ya 0,2 faiz azalma ilə39 milyard 667,6 milyon manat proqnozlaşdırılır ki, bu da, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 209,7 milyon manat və yaxud 8,8 faiz çoxdur.
2024-cü ildə dövlət büdcəsinə yenidən baxılmadan əvvəl dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində və ya 2025-ci il üçün təklif olunan məbləğdən 2 milyard 904,6 milyon manat az təşkil etmişdir.
2025-ci ildə dövlət büdcəsinin kəsiri 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 302,7 milyon manat və ya 9 faiz az olmaqla 3 milyard 51,6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2024-cü illə müqayisədə 0,4 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri
2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülməklə 2025-ci il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,3 faizi həcmində yəni 36 milyard 616 milyon manat nəzərdə tutulur ki, bunun da 46,6 faizi və ya 17 milyard 73 milyon manatı neft-qaz sektorunun, 53,4 faizi və ya 19 milyard 543 milyon manatı qeyrineft/qaz sektorunun payına düşür.
2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15 milyard 500 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230 milyon manat və ya 1,5 faiz çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 626,7 milyon manat və ya 3,9 faiz azdır.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781 milyon manatı və ya 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 600 milyon manatı və ya 18 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840,milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşür.
2025-ci ildə neft-qaz sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 74,9 faizini və ya 12 milyard 781 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (cari il ilə eyni məbləğdə), 22,4 faizini və ya 3 milyard 830 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar, 2,7 faizini və ya 462 milyon manatını isə digər neft daxilolmalar (ARDNŞ üzrə dividendlər) təşkil edir.
Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 59,7 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 33,8 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,3 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,2 faizini sair gəlirlər təşkil edəcəkdir.
2025-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 75,3 faizi və ya 11 milyard 670 milyon manatı qeyri-neft sektorunun, 24,7 faizi və ya 3 milyard 830 milyon manatı neft sektorunun payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6 milyard 600 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 165 milyon manat və ya 2,6 faiz, 2023-cü ilin faktı ilə müqayisədə 262,2 milyon manat və ya 4,1 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri
2025-ci il üçün 39 milyard 667,6 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24 milyard 957,4 milyon manatı və ya 63 faizi cari xərclərə, 12 milyard 310,6 milyon manatı və ya 31,0 faizi əsaslı xərclərə, 2 milyard 399,6 milyon manatı və ya 6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.
Funksional təsnifat üzrə 2025-ci ildə iqtisadi fəaliyyət xərclərinə 8 milyard 455 milyon manat (xüsusi çəkisi 21,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 241,3 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 658.3 milyon manat (xüsusi çəkisi 16,8 faiz), təhsil xərclərinə 4 milyard 945.8 milyon manat (xüsusi çəkisi 12,5 faiz), səhiyyə xərclərinə 1 milyard 997.2 milyon manat (xüsusi çəkisi 5,0 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 998.0 milyon manat (xüsusi çəkisi 12,6 faiz), məhkəmə hakimiyyəti, hüquqmühafizə və prokurorluq üzrə xərclərinə 3 milyard 207.7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 635.3 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 573,2 milyon manat (xüsusi çəkisi 4,0 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 417.7 milyon manat (xüsusi çəkisi 1,1 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1 milyard 171.9 milyon manat (xüsusi çəkisi 3,0 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 366.2 milyon manat (xüsusi çəkisi 0,9 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsiri
2025-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 51,6 milyon manat proqnozlaşdırılır ki, bunun da 2 milyard 672,3 milyon manatının (87,6 faiz) borclanma, 250 milyon manatının (8,2 faiz) vahid xəzinə hesabının qalığı, 110 milyon manatının (3,6 faiz) özəlləşmədən daxilolmalar və 19,3 milyon manatının (0,6 faiz) məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yenidən baxılmış 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat (ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 215 milyon manat və ya 6,5 faiz çox) məbləğində nəzərdə xərcləri isə 39 milyard 742,3 milyon manat (ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 979,3 milyon manat və ya 8,1 faiz çox) məbləğində nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat sonra
22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Rusiyalı iş adamları sənaye zonalarının fəaliyyətləri barədə məlumatlandırılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb
-
1 saat əvvəl
Azərbaycanda ötən il 198 qadın fermerə güzəştli vəsait ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın şirkətlər qrupunda yığıncaq keçirilib, yeni təyinatlar olub
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Varfarin DV"nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirilib
-
2 saat əvvəl
Özbəkistan Azərbaycan vətəndaşlarına ölkəyə şəxsiyyət vəsiqəsi girişə icazə verməyi planlaşdırır
Son Xəbərlər

22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək

Sabah 29 dərəcə isti olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb

"Varfarin DV"nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara aydınlıq gətirilib

Özbəkistan Azərbaycan vətəndaşlarına ölkəyə şəxsiyyət vəsiqəsi girişə icazə verməyi planlaşdırır

"BOKT Caspian İnvest" 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı – BÖYÜK ARTIMLAR BAŞ VERİB

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi

Rəsmi məzənnələr açıqlandı

"Macarıstanın şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər"

"Azərbaycanda biznesin 99%-ni KOB-lar təşkil edir"
