Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da Amerika Təchizat İdarəetmə İnstitutunun (ISM) statistik məlumatları dərc etməsi fonunda dünən axşam saatlarından dollar major valyutalar qarşısında ucuzlaşır. Dolların ucuzlaşması fonunda qızılın qiyməti bahalaşıb. Həmçinin dünən gün ərzində neft qiymətləri kəskin şəkildə ucuzlaşıb.
Çərşəmbə axşamı Amerika Təchizat İdarəetmə İnstitutu (ISM) bildirdi ki, ABŞ-ın sənaye sektorunda PMI (ISM Manufacturing) iyul ayı ilə müqayisədə avqust ayında 46.8 bənddən 47.2 bəndədək yüksəlib. Analitiklər 47.5 bəndədək artım ehtimal edirdilər. Eləcə də, “S&P Global”-ın verdiyi məlumata əsasən, ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksinin 48 bəndədək geriləyəcəyi proqnoz olunsa da, göstərici 49.6 bənd səviyyəsindən 47.9 bənd səviyyəsinə qədər enib.
Həmçinin ötən gün Türkiyənin Statistika Qurumu (TÜİK) hesabatında qeyd edib ki, avqust ayına olan məlumata görə, ölkədə illik inflyasiya kəskin şəkildə yavaşlamağa davam edib və ötən ay ilə müqayisədə 61.78%-dən 51.97%-ə qədər enib. Bugün isə Yaponiyanın xidmət sektorunda PMI göstəricisi dərc olunub. Göstəricinin 54 bənd səviyyəsinə qədər artacağı ehtimal olunsa da, Biznes Aktivliyi İndeksi iyul ayında olduğu kimi, 53.7 bənd təşkil edib.
Beynəlxalq birjalarda qızılın qiyməti dünən 2475$ səviyyəsinə qədər ucuzlaşıb. Lakin, dolların ucuzlaşması fonunda dəyərli metal buradan dəstək alaraq 2495$ səviyyəsinə qədər bahalaşıb. Neftin qiyməti isə Liviya və OPEC+ ölkələrindən əlavə tədərükün olunması ehtimalları fonunda kəskin şəkildə ucuzlaşıb. “Brent” markalı neftin qiyməti ötən gün ərzində 78.5$ səviyyəsindən 74.3$ səviyyəsinə qədər enib.
Bugün Bakı vaxtı ilə saat 17:45-də Kanada Bankı (ölkənin Mərkəzi bankı) faiz qərarını açıqlayacaq. Ekspertlər tənzimləyici qurumun uçot dərəcəsini 4.50% səviyyəsindən 4.25% səviyyəsinə qədər endirəcəyini proqnozlaşdırırlar.
Gün ərzində dərc olunacaq Almaniyada, Avrozonada və Böyük Britaniyada xidmət sektorunda PMI, ABŞ-da Ticarət Saldosu, İdxal və İxrac həcmləri və əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Bakı vaxtı ilə saat 22:00-da isə Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ-ın 12 federal dairəsinin hər birində mövcud iqtisadi vəziyyət haqqında hesabatı özündə əks etdirən “Bej Kitab” dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
14 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
17 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















