“Matanat A” şirkəti innovasiyalara və "yaşıl" inşaat texnologiyalarının tətbiqinə üstünlük verir
Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu səbəbdən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.
“Matanat A” Şirkətlər Qrupunun yaydığı məlumatda bildirilir ki, ölkəmiz qlobal təşəbbüslərə ilk qoşulan ölkə olaraq, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bütün bunlar Azərbaycanın dünyanın etibarlı “yaşıl enerji” tərəfdaşı kimi mövqeyini gücləndirir. Bu gün ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyi beynəlxalq ictimaiyyətə məlumdur. Azərbaycan iqlim dəyişikliklərinə qarşı ətraf mühitin qorunması istiqamətində ən ciddi addımlar atan ölkələrdəndir.
2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin məhz ölkəmizin qazandığı nüfuz və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsidir. Bu seçim Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisi, ölkəmizə göstərilən böyük etimad, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsidir.
Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransında Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.
Beynəlxalq birliyin belə bir qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi, ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi zamanı dəstək qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.
Dövlətimizin qarşıya qoyduğu əsas milli prioritet məsələlərdən olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, həmçinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.
İnnovativ yaşıl tikinti materiallarının istehsalı və tətbiqi davamlı tikintinin təşviqində və sağlamlıq üçün “yaşıl dünyanın” yaradılmasında çox vacibdir. İnnovativ "yaşıl" tikinti materialları daha dayanıqlı tikinti sənayesinin yaradılmasında mühüm rol oynayır. Bu materiallardan istifadə etməklə ətraf mühitə təsiri azaltmaq, enerji səmərəliliyini yaxşılaşdırmaq və daha sağlam yaşayış təmin edilməsi mümkündür.
25 ilə yaxındır ki, uğurla fəaliyyət göstərən “Matanat A” şirkəti faəliyyətində daima innovasiyalara və yaşıl inşaat texnologiyalarının tətbiqinə üstünlük vermişdir. Şirkət istehsal etdiyi məhsullarda enerjiyə qənaət, ekoloji səmərəlilik, təhlükəsizlik, davamlılıq, iqtisadi səmərəlilik və cəlbedici dizayn-üslub faktorlarının vəhdətinə önəm verir.
Şirkət 26 məhsul qrupunda fəaliyyət göstərməklə, 2000-dən artıq məhsul çeşidinə, 200-dən çox ticarət markasına və yüksək texnologiyalı müasir zavodlara malikdir, dünya miqyasında patentləşdirilmiş bir neçə ixtiranın müəllifidir. Qloballşmanı özünün əsas strateji xətti hesab edən “Matanat A” şikrəti “Made in Azerbaijan” adı altında dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Əsas məhsul qruplarına gipskarton lövhələri (alçıpan), daxili arakəsmə sistemləri, gips əsaslı suvaq və şpatklyovkalar, keramika yapışdırıcıları, hidroizolyasiya məhsulları, daş yunu, fasad quru divar sistemləri, istilik izolyasiya məhsulları, əhəng və əhəngdaşı əsaslı məhsullar, lak və boya məhsulları, dekorativ fasad örtükləri, epoksid əsaslı boya və örtüklər, beton qatqıları və digər çoxsaylı məhsul qrupları aiddir.
“Matanat A” şirkətinin biznes fəlsəfəsinin əsasında yeni inşaat texnologiyalarının yaradılması və mövcud texnologiyaların tətbiq səmərəliliyinin artırılması durur. Bu səbəbdəndir ki, şirkət Kəşf və İxtiraların Tədqiqi və Tətbiqi Akademiyasını (KİTTA) təsis etmişdir. Qısaca olaraq KİTTA adlanan bu akademiyada inşaatın qlobal problemləri tədqiq edilir, yaşıl texnologiyalara əsaslanan yeni inşaat həlləri üzərində elmi-tədqiqat işləri həyata keçirilir və inşaatın müxtəlif parametrlər üzrə keyfiyyəti yüksəldən yeniliklər işlənib hazırlanılır.
Şirkətin uğurlu İnnovasiya strategiyasının nəticəsində aşağıdakı innovativ və yaşıl inşaat texnologiyalarına əsaslanan məhsullar olan Fasnatural, ekoloji sağlam Ağdağ suvağı, innovativ gips blokların istehsalı, suda batmayan bloklar və dekorativ ornamentlər, Ağdağ Natural Gipskarton lövhələri, Azvul mineral daş yunu, Azerlime suvaq üçün əhəng məhsulu quru qarışığın ixtirası yaradılmış və onların bir çoxu patentləşdirilmişdir.
Ölkəmiz bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəruri olan bütün işləri görür. Təşkilat və mahiyyət etibarilə noyabr ayında keçiriləcək COP 29 kimi mötəbər tədbirin ölkəmizin prioritetləri ilə yaxından tanış olmaq imkanı, eləcə də unikal fürsətlərin yaranacağı Azərbaycanda keçirilməsinin uğurla reallaşacağına isə şübhə yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
14 d. əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
18 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
18 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat







.jpg)






.jpg)







