Birjalarda son vəziyyət
İnvestorlar, FED-in sentyabr ayında gözlənilən faiz endiriminin potensial ölçüsü ilə bağlı yeni ipuçları üçün çərşənbə günü inflyasiya məlumatlarını diqqətdə saxlayacaqlar. Bazarların qeyri-sabit qalacağı ehtimalı olsa da, pərakəndə satış şirkətlərinin qazancları istehlakçı xərclərinin gücünə dair ipuçları üçün yaxından izləniləcək.
Bu həftə ərzində İngiltərədə və Amerikada İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi, Avrozonada, İngiltərədə, Yaponiyada ÜDM-in həcmi, Avrozonda və Almaniyada ZEW Cari Vəziyyət İndeksi, İqtisadi Həssaslıq İndeksi, Yeni Zellandiya Mərkəzi Bankının faiz qərarı kimi iqtisadi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
ABŞ-dan inflyasiya göstəriciləri
İyul ayı CPI məlumatlarının inflyasiyanın FED-in 2% illik hədəfinə yaxınlaşmağa davam etdiyini göstərməsi ehtimal edilir.
Yalnız mülayim bir yavaşlama əlamətləri göstərən iflyasiya hesabatı dərc olunarsa, FED-in faiz dərəcələrini çox uzun müddət yüksək saxlayaraq iqtisadiyyatı resessiyaya sürüklədiyinə dair qorxuları azalda bilər. Bununla belə, zəif hesabat iqtisadi tənəzzüllə bağlı narahatlıqları artıraraq bazarlarda yeni dalğalanmalara gətirib çıxara bilər.
İqtisadi təqvimə həmçinin iyul ayı üçün Pərakəndə Satış Dövriyyəsinin Həcmi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, eləcə də Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi hesabatı da daxildir.
İnvestorlar həmçinin Atlanta FED-in sədri Rafael Bostiç, Filadelfiya FED-in sədri Patrik Harker və Çikaqo FED-in sədri Austan Qulsbi də daxil olmaqla bir neçə FED rəsmisini dinləmək şansına sahib olacaqlar.
Volatillik arta bilər
Ötən həftənin bazar ertəsi ABŞ-da resessiya qorxuları və qlobal birjalarda kəskin bahalaşan yen tərəfindən maliyyələşən “carry trade” pozissiyalarına keçidin səbəb olduğu birjalardakı enişin ardınca, gərginlik cari həftə ərzində də davam edə bilər.
Ötən həftə cümə axşamı günü İşsizlik Müavinəti Üçün Müraciətlərin Sayında son 11 ayın an kəskin azalma yaşandı, cümə günü bazarın bağlanışına qədər dollar itkilərinin çoxunu geri qaytardı.
Cari həftə ərzində diqqət mərkəzində FED-in uzun müddətdir gözlənilən faiz endirimi ehtimallarının gələcək iqtisadi məlumatlarla təsdiqlənib-təsdiqlənənməyəcəyi və qlobal “carry trade” mövqelərinin nə qədər davam edəcəyi olacaq.
Yaxın Şərqdə münaqişənin genişlənməsi və qarşıdan gələn ABŞ seçkiləri ilə bağlı narahatlıqlar həm də qeyri-sabitliyin tezliklə aradan qalxmayacağı anlamına gəlir.
EUR
Cari həftə ərzində Avrozonada ÜDM-in həcmi, Avrozonada və Almaniyada ZEW Cari Vəziyyət İndeksi və ZEW İqtisadi Həssaslıq İndeksi göstəriciləri açıqlanacaq. Çərşənbə axşamı Avropa Mərkəzi Bankının son toplantısının protokolları dərc olunacaq.
Ötən həftəyə 1.0920 səviyyəsində start verən EURUSD məzənnəsi bahalaşaraq 1.10$ həddini test etsə də, burada müqavimətlə üzləşərək ucuzlaşdı və həftəlik şamını 1.0910 səviyyəsində bağladı.
“Buğalar” qiyməti 1.09$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Böyük Britaniyada növbəti bir neçə ay ərzində monetar siyasətin yol xəritəsini təyin edə biləcək bir sıra iqtisadi məlumatlar açıqlanacaq.
Çərşənbə axşamı əmək bazarı ilə bağlı məlumatlar, bir gün sonra inflyasiya rəqəmləri açıqlanacaq və bu, xüsusilə hələ də xidmət sektorunda davam edən qiymət təzyiqlərinin göstəriciləri üçün yaxından izləniləcək.
Cümə axşamı günü açıqlanacaq aylıq ÜDM məlumatlarının iyun ayında demək olar ki, heç bir artım göstərməyəcəyi gözlənilsə də, iqtisadiyyatın ikinci rübdə 0.6% genişləndiyi təxmin edilir.
Cümə günü açıqlanacaq pərakəndə satış məlumatlarının, əvvəlki aydakı enişin ardından iyul ayında bir canlanma göstərməsi ehtimal olunur.
Ötən həftəyə 1.2790 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.2820 səviyyəsinə kimi bahalaşsa da, burada “ayılar”ın müqaviməti ilə üzləşdi və 1.2660 səviyyəsinə kimi ucuzlaşdı. Ötən həftənin cümə axşamı günü ABŞ-da açıqlanan iqtisadi göstəricilər fonunda bahalaşdı və həftəlik şamını 1.2760 səviyyəsində ardıcıl 4-cü həftəni də enişlə tamamladı.
OİLUK
Neft qiymətləri keçən həftə FED rəsmilərinin faiz dərəcələrini sentyabr ayına qədər endirə biləcəkləri ilə bağlı açıqlamalarının tələb narahatlıqlarını azaltması və Yaxın Şərqdə münaqişələrin şiddətlənməsi qorxularının tədarük risklərini artırmağa davam etməsi ehtimallarının təzyiqi ilə yüksəlib.
“Brent” həftə ərzində 3.5%-dən çox, ABŞ-ın xam neft fyuçersləri isə 4%-dən çox bahalaşıb.
Eyni zamanda, Yaxın Şərqdə geosiyasi gərginlik regionda hasilatı poza biləcək və qlobal xam neft tədarükünü azalda biləcək potensial münaqişə qorxusunu artırıb.
İranın İsrailə qarşı cavab hücumu ehtimalı da dünyanın ən böyük hasilatı regionundan neft tədarükü ilə bağlı narahatlıqları artırır.
Ötən həftəyə 77.35$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK), 75.80$-a kimi ucuzlaşsa da, buradan dəstək taparaq bahalaşdı və həftəni 80.35$-da başa vurdu.
XAU/USD
Həftəyə 2458$ həddində start verən qızıl həftə ərzində 2364$-a kimi ucuzlaşsa da, həftəsonuna doğru bahalaşdı və həftəlik şamını 2431$ həddində bağladı.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
7 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
8 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
8 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















