Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 3 avqustda bitən həftədə 233 min artaraq bir əvvəlki həftəyə görə azalma göstərdi. Bu, son 11 ayın ən sərt düşüşü hesab olunur. Xəbər fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı.
Lakin, ümumilikdə, Amerika bankları qlobal birjalardakı son təlatümün bədəlini ödəməklə yanaşı, ABŞ iqtisadiyyatında resessiya ehtimalları da artıb.
"Goldman Sachs"-ın ardınca "JPMorgan" da ABŞ-da resessiya ehtimalının artdığı fikrini bölüşdü.
Bankın iqtisadçılarının fikrincə, ABŞ-da tənəzzül ehtimalı 25%-dən 35%-ə yüksəlib. "ABŞ-dan gələn xəbərlər işçi qüvvəsinə tələbatın gözləniləndən daha kəskin zəifləməsinə və işçi qüvvəsinin itirilməsinin ilkin siqnallarına işarə edir", - iqtisadçılar bildirib.
İnflyasiya təzyiqlərinin azalması fonunda, analitiklər sentyabr və noyabr aylarında faiz dərəcəsinin ümumilikdə 0.50% azaldılmasını ehtimal edirlər. ABŞ iqtisadiyyatında 2025-ci ilin ikinci yarısında resessiya proqnozları 45% səviyyəsinə qədər artıb.
Bu da uzunmüddətli periodda dollar üzərində təzyiqlərin daha da artmasına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 d. əvvəl
- 51 d. əvvəl
-
-
53 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 55 d. əvvəl
-
59 d. əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
15 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub































