Qlobal bazarlarda son vəziyyət
Bugün ABŞ-da statistik məlumatların dərc olunmasının ərəfəsində dollar major valyutalar qarşısında ucuzlaşır. EUR/USD valyuta cütlüyü ötən gün 1.0833 həddində ticarət olunsa da, 1.0857 həddinə qədər yüksəlib. Həmçinin, GBP/USD cütlüyü də 1.2847 həddindən 1.2864 həddinə qədər bahalaşıb. Dünən USD/JPY cütlüyü 152.180 səviyyəsindən 154.050 səviyyəsinə qədər bahalaşsa da, eniş tendensiyası qorunur və məzənnə 153.700 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.08% geriləyərək 104.28 bənd təşkil edib.
Dünən ABŞ-da ÜDM və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri açıqlanıb. Belə ki, ölkənin ikinci rübdə ÜDM-i ötən rüb ilə müqayisədə, ilkin hesablamaya görə, 2.8% artıb, iyulun 20-də başa çatan həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı isə 10 min azalaraq 235 min təşkil edib.
Ekspertlərin fikrincə, ümumi mənzərə ABŞ iqtisadiyyatının keçən ildən bəri tədricən yavaşlamağa davam etməsini göstərir, ona görə də FED-in növbəti həftədə yeni yumşalma dövrünə başlamasına təcili ehtiyac yoxdur. Analitiklərin əksəriyyəti (93.3%) hesab edir ki, Federal Ehtiyatlar Sistemi iyulun 31-də uçot faiz dərəcəsini cari illik 5.25-5.5% səviyyəsində saxlayacaq, sentyabrda isə göstəricini endirəcəyini elan edəcək. Mütəxəssislərin əksəriyyəti ilin sonunda ölkədə 4.5-4.75%-lik faiz dərəcəsini proqnoz edirlər.
Eləcə də, bugün ABŞ-da dərc olunan bəzi statistik məlumatlar investorların diqqət mərkəzində olacaq. Bakı vaxtı ilə saat 16:30-da ölkə əhalisinin gəlirlərinə dair rəqəmlər açıqlanacaq. Analitiklərin fikrincə, iyunda ABŞ əhalisinin gəlirləri may ayı ilə müqayisədə 0.4%, xərcləri isə 0.3% artıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 d. əvvəl
- 51 d. əvvəl
-
-
53 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 55 d. əvvəl
-
59 d. əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
15 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





























