Bu gün Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələri ilə bağlı növbəti iclası bu gün keçiriləcək.
Marja.az-ın məlumatına görə, ehtimal olunur ki, ECB-nin İdarə Heyəti faiz dərəcələrini azaltmaqda davam etməyəcək, hələlik sabit saxlayacaq.
Qərar Bakı vaxtı ilə saat 16:15-də açıqlanacaq.
ECB-nin əsas faizini 4,25%, depozit faizini 3,75%, digər borc faizini 4,50% səviyyələrində saxlayacağı gözlənilir.
Avropa Mərkəzi Bankı (ECB) 5 il sonra ilk faiz endirimini 5-6 iyun tarixlərində həyata keçirərək, üç əsas faiz dərəcəsini 0,25 bənd azaldıb.
Dünən açıqlanan məlumatlara görə, Avro Bölgəsində inflyasiya iyunda 2,5 faizə düşüb. Bununla belə, enerji və ərzaq qiymətlərini nəzərə alınmayan baza inflyasiyası 2,9 faiz yüksək səviyyədə qalıb.
Avropa İttifaqının (Aİ) 20 üzv ölkəsinin vahid valyutası olan avro iyunun sonundan bəri davam edən yüksəliş tendensiyasını davam etdirərək dollar qarşısında kəskin bahalaşıb. Avro/Dollar məzənnəsi 0,5 faiz artaraq 1,0941 səviyyəsini görüb. Bu, mart ayından bəri ən yüksək səviyyədir.
Bakı vaxtı ilə saat 09:00-da məzənnə 1,0934 dollara bərabər olub.
Analitiklər qeyd ediblər ki, ABŞ və Avrozonada monetar siyasət nöqteyi-nəzərindən avronun daha güclü, dolların isə zəifləməsinin davam etməsinin bir neçə səbəbi var və investorlar valyuta bazarında AMB-nin iclasından qısa müddət əvvəl öz mövqelərini buna uyğunlaşdırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 54 d. əvvəl
-
-
56 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
16 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























