Pakistan Azərbaycana neft emalı zavodunda pay təklif edir
Pakistan Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək, o cümlədən onun Pakistan neft emalı zavodunda (“Pakistan Refinery Limited”) səhmdar kimi iştirak etməsi üçün təkliflər hazırlayıb.
Xarici mətbuat xəbər verir ki, bu məsələlər bu yaxınlarda Pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Ahsan İqbalın sədrliyi ilə Azərbaycan tərəfinə təqdim olunacaq investisiya təkliflərinin yekunlaşdırılması üçün keçirilən iclasda müzakirə olunub.
Pakistanın Baş naziri Şəhbaz Şərif planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər nazirinə 2-3 milyard ABŞ dolları məbləğində investisiya təklifləri portfelinin formalaşdırılması və Azərbaycana təqdim edilməsi üçün ticarət, sənaye, informasiya texnologiyaları, təhsil nazirlikləri, həmçinin Milli Qida Təhlükəsizliyi, İnvestisiya Şurası daxil olmaqla müvafiq qurumlarla məsləhətləşmələr aparmağı tapşırıb.
Bildirilib ki, neft qurumu Azərbaycanla əməkdaşlıq üçün müxtəlif potensial layihələr və istiqamətlər təklif edir. Buraya yeraltı qaz anbarı, “White Oil Pipeline”, mayeləşdirilmiş neft qazı infrastrukturu, “Pakistan Refinery Limited” (PRL) şirkətində iştirak payı, mis və qızıl hasilatı, Pakistan Dövlət Nefti (PSO) və SOCAR arasında birgə müəssisənin yaradılması, dənizdə və qurudakı kəşfiyyat blokları ilə bağlı investisiyalar daxildir.
Məlumata əsasən, Pakistan və Azərbaycan, həmçinin informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağa hazırlaşır. Bu mənada Azərbaycanda IT kampuslarının yaradılmasının mümkünlüyü istisna edilmir.
Bundan əlavə, Bakı ilə tranzit və güzəştli ticarətlə bağlı danışıqlar aparılır. Pakistandan Azərbaycana əczaçılıq məhsullarının və smartfonların ixracının artırılması və SOCAR-a investisiyaların qorunması üçün qanunvericilik təminatının verilməsi imkanları da nəzərdən keçirilir.
Neft sektorunda SOCAR və “Pakistan LNG Limited” (PLL) Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə dair Çərçivə Sazişi çərçivəsində əməkdaşlıq edir.
Qeyd olunub ki, 2024-cü il iyunun 28-də aidiyyəti nazirlik və departament nümayəndələri ilə keçirilən ilk görüşdə Azərbaycandan investisiya cəlb etmək üçün potensial layihələrin, sahələrin bölüşdürülməsi xahiş edilib. Bununla bağlı hesabat hazırlanıb.
Planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri bütün maraqlı tərəflərdən Azərbaycanın xaricdəki investisiya yolunu araşdırmağı və Səudiyyə formatına uyğun olaraq investisiya prioritetlərinə uyğun konkret layihələr hazırlamağı xahiş edib.
© "Report"
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb




















