Tikinti şirkəti və Bank birgə kart təqdim etdilər - "Sakin Kart"
Azərbaycanın daşınmaz əmlak bazarında tanınmış şirkətlərdən biri olan “Baku City Residences” və "Xalq Bank" birgə kart təqdim ediblər.
Marja.az xəbər verir ki, ko-brend kartı "Sakin Kart" adlanır.
Təqdimat mərasimində “Baku City Residences” şirkətinin İcraçı Direktoru Ramil Məhərrəmov bildirib:
"Xalq Bank" ilə əməkdaşlıqdan məmnunuq. Artıq “Baku City Residences” şirkətinin inşa etdiyi yaşayış kompleksinin sakinləri onlar üçün hazırlanmış xüsusi imtiyazlara malik "Sakin Kart"dan istifadə edə biləcəklər. Əminik ki, bu layihəmiz də sakinlər üçün faydalı olacaqdır".
Təqdimatda "Xalq Bank"ın Biznesin İnkişafı və Satış Baş İdarəsinin rəisi Tural Qulubəyli bildirib ki, bu kart müştərilər üçün yeni imkanlar yaradacaqdır.
Tədbirdə “Baku City Residences" şirkətinin Biznesin İnkişafı departamentinin rəhbəri Xətai Xamoyev bildirib ki, "Xalq Bank"ın "Baku City Residences" şirkətilə birgə ipoteka məhsulu bazarda ən yaxşı məhsuldur. Belə ki, bu məhsul ilə şirkətin istənilən layihəsində illik 8%-lə, 22 ilədək ipoteka kreditilə mənzil sahibi olmaq mümkündür:
"Biz Xalq Bank ilə düşündük ki, sakinlərimiz üçün hansı yeni xidməti təqdim edə və bazarda fərqlənə bilərik. Hazırda bir çox şirkətdə ənənəvi ödəniş üsulundan istifadə olunur: insanlar pul ilə kassaya gəlirlər, sayım və qəbul üçün gözləyirlər. Düşündük ki, insanları motivasiya edək: həm ödəniş etsinlər, həm də qazana bilsinlər. Müştərilər "Baku City Residences"in lüks layihələrindən mənzil alarkən "Visa Infinite Sakin Kart"ı təqdim olunacaq. Hazırda sakinlər aylıq ipoteka kreditlərini ödəyən zaman heç bir keşbek faizi əldə etmirlər. Artıq müştərilər bu kart ilə ödəniş edən zamanı keşbek qazanacaqlar.
Həmçinin, əgər bizim layihələrimizdəki kommersiya sahələrində hər hansı bir restoran və ya kafe açılarsa,"Sakin Kart"a sahib olan sakinlər bu ictimai iaşə sahələrində əlavə imtiyazlardan istifadə edə biləcəklər".
"Xalq Bank"ın Pərakəndə Bankçılıq şöbəsinin rəhbəri Tural İsmayılzadə təqdimat mərasimində çıxış edərək deyib:
"Sakin Kart" iki növdə: "Platinum" və "Infinite" bazasında təklif olunur. "Infinite" bazasında təklif olunan kartın üstünlükləri daha çoxdur. Kartların üstünlükləri sırasına hər əməliyyat zamanı keşbek, qalığa faiz, tərəfdaş şəbəkələrdə 40 faizə qədər keşbek, digər imtiyaz və güzəştlər daxildir. Həmçinin ölkədaxili bank kartlarına 5000 manatadək vəsaiti komissiyasız köçürmək mümkündür".
İki il istifadə müddəti olan "Sakin Kart" ödənişsiz təqdim olunacaqdır.
Qeyd edək ki, “Baku City Residences” qısa müddət ərzində “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club Residences”, "Şuşa City Residences" kimi layihələrə imza atıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
6 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
8 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
23 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq

























