Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
İngiltərə Mərkəzi Bankının iclasının nəticələrinin dərc olunması ərəfəsində funt dollar qarşısında sabitdir: treyderlər uçot faiz dərəcəsinin cari səviyyəsində qalacağını proqnoz edirlər. GBP/USD valyuta cütlüyü ötən günü 1.2722 səviyyəsində bağladı, bugün isə 1.2712 səviyyəsində ticarət olunur.
Eyni zamanda, EUR/USD cütlüyü əvvəlki bağlanış səviyyəsi 1.0744 həddindən 1.0742 həddinə qədər cüzi eniş göstərib. USDJPY cütlüyü isə artım tendensiyasını davam etdirir: ötən günün bağlanış səviyyəsi ilə müqayisədə 157.95 həddindən 158.14 həddinə qədər. Dollar indeksi isə 105.26 bənd səviyyəsində stabilləşib.
Cümə axşamı səhər qızılın qiyməti ABŞ-da dərc olunacaq makroiqtisadi məlumatlar ərəfəsində artım göstərir. Nyu-Yorkun “Comex” birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 10.35$ və ya 0.44% artaraq 1 troya unsiyası üçün 2353.05$-a, iyul ayı üzrə gümüş fyuçerslərinin qiyməti isə 1.63% bahalaşaaraq 30.317$-a qədər yüksəlib.
Qeyd etmək lazımdır ki, ABŞ-da əmək bazarına dair məlumatlar cümə axşamı dərc olunacaq. Proqnozlara əsasən, ölkədə 15 İyun tarixində bitən həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı öncəki həftə ilə müqayisədə 242 mindən 235 minə enib. Eyni zamanda, daşınmaz əmlak bazarından da məlumatlar açıqlanacaq. Analitiklər hesab edirlər ki, ABŞ-da may ayında tikintisinə başlanılan yeni evlərin sayı aprel ilə müqayisədə 1.36 milyondan 1.37 milyona yüksəlib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 d. əvvəl
- 3 d. əvvəl
-
-
36 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
























