Neft istehsal edən ölkələr hasilatın azaldılması şərtlərini 2025-ci ilin sonuna qədər qədər uzadıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupu hasilatın azaldılmasını 2025-ci ilin sonuna qədər uzatmaq qərarına gəlib.Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupu artan qlobal tələb, yüksək faiz dərəcələri və ABŞ-da artan hasilat fonunda bazarı dəstəkləməyə (qiymətləri yüksək saxlamağa) çalışır.
Marja.az xəbər verir ki, Qrup neft hasilatının azaldılmasını 2024-cü ilə qədər uzatmağa razılaşıb. Həmçinin Qrup 2025-ci ildə hasilatın azaldılmasının mərhələli şəkildə dayandırılmasına başlamaq barədə razılaşma təmin edib.
Koalisiyanın qərarı hasilatın azaldılmasının 2025-ci ilin sonuna qədər davam edəcəyi anlamına gəlir.
Neft qiymətləri bir çox OPEC+ üzvlərinin büdcələrini tarazlaşdırmaları üçün lazım olan səviyyələrdən aşağı düşüb. Koalisiya üzvləri büdcə kəsirləti baxımından istehsalın azaldılmasının davam etdirilməsinin tərəfdarı idilər.
Ən böyük neft idxalçısı olan Çində tələb artımının ləng olması ilə bağlı narahatlıqlar, inkişaf etmiş iqtisadiyyatlarda artan neft ehtiyatları qiymətlərə təzyiq göstərir.
Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri 2022-ci ilin sonundan etibarən hasilatın əlavə azaldılmasını həyata keçirib.
OPEC+ üzvləri hazırda gündəlik hasilatı cəmi 5,86 milyon barel və ya qlobal tələbatın təxminən 5,7%-i qədər azaldırlar.
Bu ixtisarlara bütün OPEC+ üzvləri tərəfindən 2 milyon barel, doqquz üzv tərəfindən könüllü 1,66 milyon barellik birinci raund və səkkiz üzv tərəfindən könüllü 2,2 milyon barellik ikinci raund azalma daxildir.
Qrupun yaydığı açıqlamada, OPEC+-ın ixtisarların birinci raundun da 2024-cü ilin sonundan 2025-ci ilin sonuna qədər uzatdığı bildirilib.
OPEC+ mənbələri bildiriblər ki, könüllü ixtisarların üçüncü raundunun 2024-cü ilin üçüncü rübünə qədər uzadılması barədə razılıq əldə olunub və daha çox detallar üzərində iş gedir.
İkinci raundda ixtisarlar edən ölkələr Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Oman, Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qabon olub. Üçüncü raundda Qabon istisna olmaqla, eyni ölkələr iştirak edib.
Qrup həmçinin Birləşmiş Ərəb Əmirliklərinə 2025-ci ildə hazırkı 2,9 milyon barel səviyyəsindən 3,5 milyon barel daha yüksək hasilat kvotası ayırmağa razılaşıb.
Həmçinin, OPEC+ üzvlərinin istehsal güclərinin müstəqil qiymətləndirilməsi üçün son müddəti 2024-cü ilin iyunundan 2025-ci ilin noyabr ayının sonuna qədər təxirə salıb.
OPEC+ növbəti iclasını 2024-cü il dekabrın 1-də keçirəcək.
Bəzi OPEC+ ölkələrinin könüllü neft hasilatının azaldılmasını üçüncü rübünədək uzatmaq qərarından sonra Londonda ICE birjasında avqust ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti ticarətin əvvəlində bir qədər ucuzlaşıb. Bakı vaxtı ilə saat 08:55-də Brent nefti 0,1% ucuzlaşma ilə 81 dollardan ticarət olunub.
Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşuldu
Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib.
İclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.
Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 19 saat əvvəl
-
22 saat əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
1 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
1 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
1 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib















