“Ortakənd” qızıl yatağı barədə ilkin məlumat - 424 min unsiya çıxarılabilən qızıl mövcuddur
geoloji nəticələr müsbətdir“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Göydağ” sahəsinin “Ortakənd” qızıl yatağında həyata keçirilən geoloji tədqiqatların ilkin nəticələri müsbətdir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, sözügedən yataq üzrə əldə olunan kəşfiyyat nəticələri əsasında beynəlxalq nüfuzlu “MICON INTERNATIONAL” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur.
Növbəti mərhələdə yataq üzrə ehtiyatların satılabilən, yəni iqtisadi səmərə ilə hasil ediləbilən miqdarı müəyyənləşdiriləcək. Tədqiqatların yekun nəticəsi müsbət olarsa, yaxın gələcəkdə yataqda açıq üsulla hasilat prosesinin aparılması nəzərdə tutulub. “Göydağ” sahəsində yerləşən digər yataq - “Göydağ” mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir. Tədqiqatlar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
-
14 saat sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
4 d. əvvəl
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
-
- 8 d. əvvəl
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 28 d. əvvəl
- 33 d. əvvəl
-
35 d. əvvəl
Xalq Bank “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı
-
39 d. əvvəl
Azərbaycanın ixrac reytinqində yeni yüksələn "ulduz" - Sıfırdan 32,5 milyon dollara
- 42 d. əvvəl
- 43 d. əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanın yükdaşıma nəhəngindən yeni ixrac rekordu
Azərbaycanın ixrac reytinqində yeni yüksələn "ulduz" - Sıfırdan 32,5 milyon dollara
Azərbaycanın polad nəhəngi ixracını kəskin artırıb
Prezident İlham Əliyev Qırğızıstana getdi
Avqustun 1-dən başlanılacaq - ərzaq məhsulları satanların nəzərinə
“Embafinans” 4 milyon manatlıq istiqrazlarını tam yerləşdirdi – Faiz dərəcəsi 13%-dir
Apple Pay ilə 10 AZN keşbek qazanın!











.webp)









