Dövlət Neft Fondu gəlir və xərclərinə dair məlumat yaydı
ARDNF-nin 2023-cü ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2023-cü ilin sonuna ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 14.3% (və ya 7 milyard ABŞ dolları) artaraq 56 milyard 69,7 milyon ABŞ dolları təşkil etmişdir.
Hesabat ili ərzində ARDNF-nin büdcəsi 9 milyard 829 milyon manat həcmində profisit ilə icra olunmuşdur.
2023-cü il ərzində ARDNF-nin büdcə gəlirləri 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 11 milyard 832,6 milyon manat təşkil etmişdir.
2023-cü il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 milyard 519,0 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 milyard 337,8 milyon manat təşkil edir.
Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 34,3 milyon manat yönəldilmişdir. 2023-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat təşkil etmişdir.
2023-cü ildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olmuşdur.
Keçən il ərzində Fondun investisiya gəlirliliyi 7,1% olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnmişdir.
2023-cü il, maliyyə bazarları üçün bir çox inkişaf etmiş ölkələrin mərkəzi banklarının sərtləşmə siyasətini davam etdirdiyi bir dövrdə iqtisadi artım və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin təkan verdiyi volatillik ilə xarakterizə olunan bir il kimi yadda qalmışdır. Tənəzzül ili ola biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, qabaqcıl ölkələrdə inflyasiyanın səviyyəsində müşahidə olunan yavaşlama, eləcə də yüksək dayanıqlılıq fonunda bir sıra iqtisadi göstəricilərdə izlənilən müsbət tendensiya xüsusən ilin sonuna doğru iqtisadi artıma da müvafiq təsirini göstərmişdir.
İqtisadi göstəricilərdəki volatillik maliyyə aktivlərinin gəlirliliyinə təsirsiz ötüşməmişdir. İki illik ardıcıl itkilərdən sonra istiqraz indekslərinin əksəriyyətində ilin sonuna doğru olmaqla müsbət gəlirlilik nəticələri qeydə alınmışdır. Eyni zamanda, əsas səhm indeksləri də, inflyasiya və qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının faizləri endirəcəkləri ilə bağlı nikbin gözləntilərin fonunda ili müsbət gəlirlərlə başa vurmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
54 d. əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
2 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
2 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
2 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
















