Texnologiyanın problemli "uşaqları" - Uber və Airbnb
Nəqliyyat və qonaqlama ehtiyaclarını qənaət və sürət üstünlüyü ilə təmin edən Uber və Airbnb, dünyanın bir çox yerində "haqsız qazanc" ittihamları ilə qarşı-qarşıyadır.
Texnologiyanın ürəyinin vurduğu Silikon Vadisi, okeanın o tayından çıxardığı yeni ideyalarla ənənəvi biznesləri dağıtmaqda davam edir. Səyahət, qonaqlama və nəqliyyat vərdişlərimizi tamamilə dəyişdirən Uber və Airbnb, bu vəziyyətin son nümunələridir.
Airbnb uyğun qiymətə gündəlik ev kirayəsi imkanı təqdim edərkən, Uber, istədiyiniz avtomobili cibinizdəki telefon vasitəsilə qapınıza qədər gətirir. Ancaq ikisi də 2008-ci ildən sonra qurulan şirkətlərin bu qədər qısa müddətdə dünyaya yayılması güman edilənin əksinə, hamar bir proses olmayıb.
"Marja" xəbər verir ki, haqsız rəqabət yaratmaları, işçi haqları, vergi mübahisələri və təhlükəsizlik problemləri bu iki şirkətə müxtəlif ölkələrdə tez-tez yönəldilən iradlar arasındadır. Texnologiya mütəxəssisi Maykl Drobac, "Financial Times"a verdiyi açıqlamada Uber və Airbnb kimi şirkətlərin göz ardı edilməyəcək qədər böyük və güclü olduqlarını deyir.
Türkiyədə Polisin qanunsuz sərnişin daşıması səbəbilə həm Uber-i, həm də sərnişinləri cərimələcəyini açıqlamasının ardından, ölkənin Maliyyə Nazirliyi də mərkəzi ABŞ-da olan şirkətin "vergi itkisi" yaratdığını əsas göstərərək yoxlamalara başlamışdır. Uber-dən edilən açıqlamada isə vergi verərək fəaliyyət göstərdiyi və şirkətin lazımi sənədlərə malik olduğu bildirilir.
Uber, işlərinin əllərindən alındığını bildirən taksiçilər tərəfindən dəfələrlə etiraz edilib. Almaniya, Portuqaliya və İspaniyadakı bəzi məhkəmələrdən Uber üçün "qeyri-qanunidir" qərarı çıxıb, Fransadakı etirazlar səbəbindən Uber-in Fransız İcraçı direktoru saxlanılıb.
Uber-in ən böyük ikinci bazarı Fransada məhkəmə, "haqsız kommersiya əməliyyatları" və "qeyri-qanuni nəqliyyat" ittihamları ilə şirkəti 850 min avro cərimələyib.
68 milyard dollarlıq şirkət haqqında ABŞ və İngiltərədə başlayan məhkəmələr əsasən işçi hüquqları çərçivəsində olur. Sürücülərinin əmək müqaviləli bir işçi, yoxsa bir podratçı olduğu mübahisələri davam edərkən, Uber, aprel ayında Kaliforniya və Massaçusetsdə sürücülərinə 100 milyon dollar cərimə ödəməyi qəbul edib. Şirkətin, federal məhkəmələrdə 70-dən artıq məhkəməsi hələ də davam edir.
"AIRBNB KİRAYƏ HAQLARINI YÜKSƏLDİR"
Uber-in İcraçı Direktoru Travis Kalanick "Hər şeyi mükəmməl etməmişik. Səhvlərimiz var" etirafını edərkən, Airbnb də oxşar hüquqi proseslərdən keçir. Bir çox oteldən daha ucuz ev rahatlığı imkanı verən Airbnb-nin turizm sektorunda getdikcə özünə yer etməsi, bəzi ekspertlərə görə, təhlükəsizlik problemlərini də özü ilə gətirir.
Yeni təşəbbüsləri təqib edən "55 Capital"ın strateqi Max Wolffa görə, Airbnb-nin, daha çox güvən və məxfilik narahatçılıqları daşıdığı üçün Uber-lə müqayisədə daha diqqətli olmaq lazım gəldiyini müdafiə edir. Ancaq şirkət, San-Fransiskodan Berlinə qədər bir çox qadağa və məhdudiyyətlər ilə qarşı-qarşıyadır.
London və Amsterdamda Airbnb evlərində qalma müddətinə tətbiq ediləcək hüquqi məhdudiyyət bu il qüvvəyə minəcək. Berlində isə 2016-cı ilin May ayında qüvvəyə minən qanunla ev sahibləri yalnız evinin bir otağını kirayə verə və eyni zamanda evdə özü də yaşamağa davam etməlidir. Qanunu pozanlar 100 min avroya qədər cəriməyə məhkum ediləcək.
Şirkət, kirayə qiymətlərinin son dərəcə yüksək olduğu şəhərlərdə kirayə ev axtaran xalqın və otellərin də kabusu olub.
San-Fransisko və Nyu-Yorkda ev sahibləri günlük və həftəlik kirayələrdən aylıq kirayələr ilə müqayisədə daha çox pul qazanırlar. Bu iş, həm şəhərdə yaşamaq üçün uzunmüddətli kirayə ev tapmağı çətinləşdirib, həm də vergi verilmədiyi üçün vergi itkisi başlayıb.
Etirazların keçirildiyi Nyu-Yorkda, məhkəmə, qısamüddətli ev kirayə götürənləri cərimələmək qərarı çıxardıb, hər iki şəhərdə də "tək ev, tək ev sahibi" tətbiqi başlayıb.
Ekspertlərə görə, daha kompromis mövqeyə malik Airbnb-nin 2018-də xalqa açılması (İPO) Uber üçün də presedent ola bilər. Çünki potensial investorlara hesab vermək zəruriliyi, iş modellərində riski azaltmağa sövq edə bilər.
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
3 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
10 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























