"Tikintidə sahibkarlar üçün əsas meyar qazancdır" - Məcəllə pozulur
"Binaların bir-birinə yaxın tikilməsi müxtəlif xəstəliklərə səbəb ola bilər"
Bəzi hallarda paytaxtda sahibkarların daha böyük gəlir etmək məqsədilə kiçik bir ərazidə bir neçə bina inşa etdiyinin şahidi oluruq. Bununla da onlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsini pozmuş olurlar. Həmin ərazidə sıxlıq yaranmaqla yanaşı, sakinlərin istirahəti, həmçinin ekoloji məsələlər nəzərə alınmır...
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə müsahibəsində şəhərsalma sahəsində baş verən nöqsanlarla bağlı öz fikirlərini bölüşüb.
Tanınmış memar bildirib ki, respublikanın şəhərsalma və tikinti məcəlləsinə uyğun olaraq, tikinti normaları müəyyənləşdirilib. Həmin normalara əsasən binalar arasında məsafələr məhdudlaşdırılır: “Hər bir yeni tikinti üçün mütləq şəhərsalma əsaslandırılması olmalı və bu problem öz həllini tapmalıdır. Binaların arasındakı məsafə həm də təhlükəsizlik nöqteyi-nəzərindən olmalıdır. Qanunvericiliyə əməl etməyənləri hətta cinayət məsuliyyətinə cəlb etmək olar”.
Onun fikrincə, binaların bir-birinə yaxın tikilməsindən, ilk növbədə, zərər çəkənlər həmin binaların sakinləridir. Belə ki, günəş şüalarının binalara düşməməsi müxtəlif xəstəliklərə, nəticə etibarilə insanların səhhətinə mənfi təsir göstərə bilər. Bu, eləcə də təhlükəsizlik baxımından da vacib məsələdir.
Sovet dövründə tikilmiş mikrorayonları xatırladan E.Qasımzadə deyib ki, sözügedən yaşayış massivlərindəki böyük ərazilərdə məktəb və stadion tikilirdi. Hər həyətdə yaşıllıq salınmışdı. Həm də o dövrdə 5 mərtəbəli binaların inşasında tikinti normaları saxlanılıb. Sovet hökuməti qətiyyətlə tələb edirdi ki, bu normalara riayət edilsin. Çünki tikinti dövlətin vəsaiti hesabına aparılırdı və dövlət ayrılan vəsaitin sərfinə çox ciddi nəzarət edirdi.
“Bu gün isə tikinti işlərinin əksəriyyəti şəxsi vəsait hesabınadır və sahibkarların qarşılarına qoyduqları əsas meyar qazancdır. Əsas səbəb budur,” - deyən E.Qasımzadə əlavə edib ki, tikinti üçün 1 hektar yer alan sahibkar həmin ərazidə daha çox bina tikməkdə maraqlıdır. Onun qarşısını isə yerli hakimiyyət orqanları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi almalıdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
31 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®


























