Aqrar Sığorta Fondunun Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıb
Dekabrın 15-də Goranboy və Şəmkir rayonlarında Aqrar Sığorta Fondunun yeni filialları fəaliyyətə başlayıb.
Fondun yaydığı məlumatda bildirilir ki, yeni filiallarda fermerlər aqrar sığorta barədə geniş məlumat ala, əkin və təsərrüfatları sığortalaya, müxtəlif sənədləşdirmə işlərini həyata keçirə, sığorta hadisələri barədə məlumat verə bilərlər.
Bununla bağlı Goranboy və Şəmkir rayonlarında keçirilən tədbirlərdə Aqrar Sığorta Fondunun və yerli icra hakimiyyətlərinin rəhbərliyi, fermerlər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Goranboy rayonunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığortaya ildən-ilə artan maraq fondun fermerlərə daha yaxın olmasını və geniş aqrar sığorta xidmətləri göstərməsini tələb edir. Yeni filialların işə düşməsi də aqrar sahənin risklərinin qarşılanmasına böyük dəstək olacaq. Yeni filial Gəncə-Daşkəsən regionuna daxil olan rayonlarda əhaliyə aqrar sığorta xidmətləri göstərəcək.
Fond sədri vurğulayıb ki, Aqrar Sığorta Fondu fəaliyyətə başladığı qısa müddət ərzində böyük zərər ödənişləri həyata keçirib. Bu ödənişlərin məbləği 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat olub. 2023-cü ildə isə bu məbləğin 6 milyon manata çatacağı gözlənilir. Artıq zərərlə üzləşmiş sığortalı fermerlərə 4 milyon manata yaxın ödənişlər edilib.
Tədbirdə iştirak edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, Aqrar sığorta Fondunun Goranboy rayonunda fəaliyyətə başlaması rayon fermerlərinə dövlət dəstəyindən daha yaxşı faydalanmağa şərait yaradacaq. Aqrar sığorta haqqının 50%-ni dövlət tərəfindən ödənildiyini xatırladan icra hakimiyyətinin başçısı fermerləri əkin sahələrini sığortalamağa və aqrar sığortadan faydalanmağa çağırıb.
Şəmkir filialının açılışı ilə bağlı rayonda təşkil edilən mərasimdə Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta vasitəsilə fermerlər və təsərrüfatlar özlərini çoxsaylı risklərdən qoruya bilərlər. Bura əkin sahələri, meyvə bağları, heyvandarlıq və balıqçılıq təsərrüfatları aiddir.
Onun sözlərinə görə, bu günədək aqrar sığortadan ölkəmizdə minlərlə fermer faydalanıb, müxtəlif hadisələr tərəfindən onlara dəyən zərərlər fond tərəfindən kompensasiya edilib.
Yeni fəaliyyətə başlayan Şəmkir filialı Qazax-Gəncə bölgəsində fermerlərə dəstək verəcək, onların risklərdən qorunmasına kömək edəcək.
Tədbirdə iştirak edən Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy Aqrar Sığorta Fondunun növbəti filialının Şəmkirdə fəaliyyətə başlaması münasibətilə fermerləri təbrik edib. Bildirib ki, aqrar sığorta iş adamlarını risklərdən qorumaqla onların kənd təsərrüfatında daha inamlı fəaliyyət göstərməsinə imkan verəcək.
Artıq sözügedən rayonların fermerləri aqrar sığorta ilə bağlı 1651 Çağrı mərkəzi ilə yanaşı Aqrar Sığorta Fondunun Goranboy və Şəmkir filiallarına da müraciət edə bilərlər.
Yeni filiallar Goranboy və Şəmkir rayonlarının mərkəzində, yerli əhali və fermerlər üçün əlçatan məkanlarda yerləşiblər.
Qeyd edək ki, Goranboy və Şəmkir fililallarının fəaliyyətə başlaması ilə Aqrar Sığorta Fondunun filialarının sayı 6-ya çatıb. İndiyədək fondun Quba, Cəlilabad, Göyçay və Şəki filialları uğurla fəaliyyət göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
2 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
14 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
15 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat















.jpg)






