Azərbaycanın qiymətli kağızlar bazarında mühüm hadisə
Azərbaycanın qiymətli kağızlar bazarında tarixi hadisə baş verib. Ölkənin fond bazarında ən çox tələbat göstərilən qiymətli kağız olan SOCAR İstiqrazları üzrə təkrar bazar əməliyyatlarının həcmi 100 milyon dolları keçib. Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılmışdı.
Başqa sözlə, buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) SOCAR İstiqrazları üzrə alğı-satqı əməliyyatlarının həcmi istiqraz buraxılışının həcmini üstələyib. Bu BFB-nin fəaliyyət göstərdiyi dövrdə və ümumiyyətlə, Azərbaycanın fond bazarının tarixində ilk belə hadisədir.
"SOCAR Capital" şirkətinin məlumatına görə, tarixi göstəriciyə səbəb olan əməliyyat avqustun 2-də reallaşıb. SOCAR İstiqrazları üzrə əməliyyatların həcmi 100 milyon dolları ötüb.
"SOCAR Capital" şirkətindən bilirilib ki, SOCAR İstiqrazları üzrə aktivlik hazırda da davam edir, istiqrazlara fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər tərəfindən də böyük maraq müşahidə olunur. Təkcə 2017-ci ilin ilk 6 ayı ərzində BFB-də bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82%-i SOCAR İstiqrazlarının payına düşüb. Nəticədə, qarşıdakı dövrdə istiqrazlar üzrə əməliyyatların həcminin daha da artacağı gözlənilir.
SOCAR İstiqrazlarına tələbatın belə böyük olmasının başlıca səbəbləri onun yüksək etibarlılığı və gəlirliliyi, bu istiqrazlar üçün SOCAR-ın geri alma zəmanəti (istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür), eləcə də istiqrazlar üzrə öhdəliklərin qrafik üzrə yüksək intizamla yerinə yetirilməsidir.
SOCAR istiqrazları ölkənin ən böyük və etibarlı şrkəti olan SOCAR tərəfindən 100 milyon dollar həcmdə 5 illik müddətə, illik 5% gəlirliliklə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan hər bir istiqrazın illik gəlirliliyi 50 dollar olmaqla, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.
SOCAR İstiqrazları üzrə faizlər əvvəlcədən açıqlanmış qrafik üzrə həyata keçirilir. İndiyədək istiqrazlar üzrə 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyul tarixlərində) faiz ödənişi olub və istiqraz sahibləri ümumilikdə 3,75 milyon dollar qazanc əldə ediblər. 2017-ci il ərzində növbəti faiz ödənişi 17 oktyabr tarixində baş tutacaq.
Məhz bu göstəriciləri sayəsində SOCAR İstiqrazları investorlar üçün olduqca əlverişli yatırım aləti sayılır. Onları bir neçə dəqiqəyə alıb-satmaq, hissə-hissə və ya bütünlüklə nağd pula çevirmək və ya yüksək qazanc götürmək mümkündür.
Təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.
Bazarda SOCAR İstiqrazlarına olan yüksək tələbatın qarşılanması üçün investorlar və bazar iştirakçıları tərəfindən SOCAR-a yeni istiqrazların və ya alətlərin buraxılması barədə müraciətlər daxil olmaqdadır. Hazırda bu müraciətlər və bazardakı vəziyyət araşdırılır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
- 39 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
1 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb

























