Dollar zəifləməyə davam edir - Birjalarda son vəziyyət
“Buğalar” qiyməti 82$ həddinin üzərinə qaytara və bu səviyyədə saxlaya bilsələr, neft 87$-a kimi bahalaşa bilər.Ötən həftə ərzində ABŞ Federal Ehtiyatlar Sistemi rəsmilərinin inflyasiyaya nəzarətin tam təmin olunduğuna əmin lmadıqcaq sərt monetar siyasəti davam etdirəcəklərinə dair bəyanatlarına baxmayaraq, FED-in tezliklə pul-kredit siyasətini yumşaltmağa başlaya biləcəyi ilə bağlı bazar spekulyasiyaları artdıqca, dollar əsas qlobal valyutalar qarşısında zəifləməyə davam edir. Bu, FED-in faiz dərəcələrinin pik həddə çatdığına dair inam fonunda baş verir.
Avro dollar qarşısında gücünü qoruyub və EUR/USD məzənnəsi həftəlik şamını 1.0940 səviyyəsində tamamlayıb. Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri paritetdə tendensiyanın formalaşmasına ciddi təsir edə bilər. Analitiklər inflyasiya səviyyəsindəki son rəqəmlərin resessiyanın getdikcə dərinləşdiyi Avrozona iqtisadiyyatına dair bir sıra suallara aydınlıq gətirəcəyini hesab edirlər. Onlar həmçinin hesab edirlər ki, Avrozonada 2023-cü ilin ikinci yarısında başlayan mülayim resessiya ehtimalı getdikcə artır.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində bir qədər də geriləyərək 103.40 bəndə düşüb. Bu, əsasən ABŞ-ın gözləniləndən daha zəif iqtisadi göstəriciləri bazarların FED-in növbəti faiz artımı ehtimallarının yerini faiz endirimlərinə verməsi fonunda yaşandı.
Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 30% təşkil edir.
Dollar Yapon yeni qarşısında da ucuzlaşmaqda davam edir. Ötən həftə ərzində 147.15 hədlərinə qədər gerilədikdən sonra buradan dəstək alaraq bahalaşan USD/JPY məzənnəsi, 150 yen səviyyəsindəki müqavimət həddini qıra bilmədi. Həftəlik şamını 149.40 həddindən tamamlayan cütlükdə “ayılar” qiyməti 150 yen səviyyəsinin altında saxladığı müddətcə eniş tendensiyası davam edə bilər.
Ardıcıl 2 həftədir dollar qarşısında bahalaşan Britaniya funt-sterlinqi ötən həftəni 1.26$ səviyyəsində tamalayıb.
Cari həftə ərzində isə Amerikadan açıqlanacaq tikinti sektoru və ilkin mənzil bazarındakı satışların həcminə dair statistik rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, ÜDM-in həcmi, “Conference Board” İstehlakçı Güvən İndeksi və Şəxsi Xərclər İndeksi kimi önəmli iqtisadi göstəricilər dolların qiymətlərinə dəstək ola bilər.
Bazar iştirakçıları bu həftə həmçinin Kanadada, İsveçrədə və Türkiyədə ÜDM-in həcmi, həmçinin AMB sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri Endryu beylinin çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında sürətlə bahalaşmasına səbəb oldu. Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EUR/USD məzənnəsində volatilliyə səbəb ola bilər.
GBP
Ötən həftəni 1.26$ səviyyəsində tamamlayan GBP/USD məzənnəsində bu həftə tendensiyanın gedişinə təsir edəcək əsas məqamlardan biri İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ola bilər.
NEFT
Ardıcıl 4 həftədir ucuzlaşan neftdə eniş tendensiyası ötən həftə bir qədər səngiyib və həftəni 81.20$ səviyəəsində başa vurub. Lakin cari ticarət həftəsinin ilk gününə enişlə başlayan “qara qızıl” hazırda 80$-dan təklif olunur. “Buğalar” qiyməti 82$ həddinin üzərinə qaytara və bu səviyyədə saxlaya bilsələr, neft 87$-a kimi bahalaşa bilər. Eniş tendensiyası davam edəcəyi təqdirdə isə, dəstək hədləri kimi 78$-a və 75$ səviyyələri çıxış edir.
XAU/USD
Ötən həftəni 2000$ həddinin üzərində tamamlayan qızıl, cari həftənin ilk günündə də bahalaşmağa davam edir. Hazırda 2012$ civarında təklif edilən qiymətli metalın dəyəri 2020$-ın üzərinə yüksəlsə, artım yendensiyası 2041$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
15 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
17 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
17 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
18 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















