Bakı Limanı fasiləsiz yük göndərilməsi üçün “Shipping line” mərkəzi yaradır

Ölkəmizin ərazisindən keçən qlobal nəqliyyat dəhlizlərinin funksionallığının artırılmasına mühüm töhfələr verən Bakı Limanında yaxın zamanlarda beynəlxalq “Shipping line” mərkəzinin və onun depolarının yaradılması planlaşdırılır.
Bu barədə mətbuata “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli məlumat verib.
Hazırda bir sıra şirkətlərlə danışıqların aparıldığını deyən liman rəsmisi artıq bununla bağlı ilkin müqavilənin də imzalandığını bildirib.
X.Həsənlinin sözlərinə görə, Mərkəzi Asiyadan gələn yüklər regional konteynerlərlə üçüncü ölkələrə daşına bilməz: “Bu yüklər boşaldılmalı, daha sonra “Shipping line” konteynerlərinə yüklənməlidir. Bakı Limanında “Shipping line” mərkəzi yaradırıq ki, birbaşa “Shipping line” konteynerləri ilə işləyək, dünyanın istənilən nöqtəsinə fasiləsiz yük göndərək. Regional konteynerlərlə yük göndəriləndə onlar geri qaytarılmalıdır. Konteynerin geri qayıtması isə xərcdir, lakin “Shipping line”ların bütün dünyada mərkəzləri, depoları var, onlar bu depolarda konteynerlərini saxlaya bilirlər, – deyə o əlavə edib. Yeri gəlmişkən, “Shipping line” karqo yüklərini limandan təyinat nöqtəsinə çatdırmaqla gəmiləri idarə edən şirkətdir və dünya üzrə dəniz nəqliyyatı ilə daşınan yüklərin 95 faizi məhz onun payına düşür.
Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir. 2018-ci il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının birinci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.
Prezident İlham Əliyev müsahibələrinin birində bildirmişdi ki, son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa edib. Son illər ölkəmizin regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi bütün yol infrastrukturu kimi, Bakı Limanının da imkanlarının genişləndirilməsi zərurətini yaradır. Bu məqsədlə yaxın illərdə limanın mövcud yükaşırma qabiliyyətinin iki dəfəyə yaxın artırılması nəzərdə tutulur. Hazırda limanın tikintisinin 2-ci mərhələsinin layihələndirilməsi həyata keçirilir. Bu işlərin isə ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Layihə hazırlandıqdan sonra model təqdim olunacaq və limanının inkişafı buna uyğun olaraq davam etdiriləcək.
Bakı Limanından bildiriblər ki, 2-ci mərhələ çərçivəsində konteyner daşımalarına xüsusi diqqət ayrılacaq. Yeri gəlmişkən, birinci mərhələ çərçivəsində limanda il ərzində 100 min konteyner aşırmaq mümkün idisə, ikinci mərhələ reallaşdırıldıqdan sonra isə bu göstərici 500 min konteynerə çatdırılacaq. Yaxın zamanlarda isə Bakı Limanında taxıl yük terminalının inşasına başlanılması planlaşdırılır. Limandan verilən məlumata görə, artıq investorların cəlb olunması üzrə aparılan danışıqlar və layihə işləri tamamlanıb.
Bununla yanaşı, hazırda Bakı Limanında inşası davam etdirilən mineral gübrə terminalında da son tamamlama işləri görülür. Terminalın ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulur. Yeni terminalın illik gücü 1-1,5 milyon ton təşkil edəcək. Bununla da, mineral gübrələrin aşırılmasında limanın ümumi potensialı ildə 2,5 milyon tona çatdırılacaq. Bu isə Mərkəzi Asiyadan Qərbə daha çox mineral gübrə daşınmasına imkan yaratmaqla yanaşı, limanın yükaşırma qabiliyyətinin də xeyli artmasına səbəb olacaq. İkinci mərhələ üzrə nəzərdə tutulmuş işlərin yekunlaşdırılmasından sonra limandan ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.
Bakı Limanından XQ-yə verilən məlumata əsasən, 2022-ci ildə limandan 6,3 milyon ton, cari ilin 10 ayında isə 6,1 milyon tondan çox yük aşırılıb. Bu rəqəmin ilin sonuna qədər 7 milyon tonu keçəcəyi proqnozlaşdırılır.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində bir sıra yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Belə ki, qarşıdakı 3 il ərzində liman ərazisindəki çeşidləmə məntəqəsində əlavə 4 dəmiryol xətti və konteyner terminalı tikiləcək ki, bu da yüklərin çeşidlənməsində operativliyin təmin edilməsinə imkan yaradacaq.
Bundan əlavə, sənədə əsasən, Bakı və Hövsan limanlarında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti, eləcə də digər rəsmiləşdirmənin səmərəli qaydada aparılmasını təmin edən infrastruktur yaradılacaq, Bakı Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruktur genişləndiriləcək və zəruri avadanlıqlar alınacaq, idxal və ixrac rejimli yüklər üzrə geniş funksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində Şərq−Qərb istiqamətində yükdaşımalarda konteyner yüklərinin payı artırılacaq. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal və ixrac gömrük rejimi prosedurları tətbiq ediləcək.
Regional qovşaq konsepsiyasına uyğun olaraq yük avtomobil nəqliyyat vasitələrinin bir mərkəzdə cəmləşməsi təmin ediləcək. Sənədə əsasən, Bakı Limanında və Dübəndi Terminalında dibdərinləşdirmə işləri həyata keçiriləcək. Bu da limanın və terminalın akvatoriyasına yükgötürmə qabiliyyəti və suya oturumu daha yüksək olan gəmilərin girişinə imkan yaradacaq. Fəaliyyət planında nəzərdə tutulan işlərin əsas iştirakçısı kimi Bakı Limanı çıxış edəcək. Bununla yanaşı, layihədə icraçı kimi İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti də iştirak edəcəklər.
© "Xalq Qəzeti", Mirbağır YAQUBZADƏ
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
9 saat əvvəl
“Kiyev Alyaskada Putin və Trampın sülh şərtlərini rədd edib”
-
12 saat əvvəl
Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
17 saat əvvəl
Ən ucuz uçuş və otel təkliflərini tap - Bütün səfərlər bir platformada
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
-
2 gün əvvəl
İş icazəsi olan 1800 nədərdən çox əcnəbi Azərbaycanın tikinti sahəsində çalışır
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
Son Xəbərlər

“Kiyev Alyaskada Putin və Trampın sülh şərtlərini rədd edib”

Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar

Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur

Maaş kartını Bank of Baku-ya gətir, üstünlüklər əldə et

Azərbaycanda tikinti materiallarının istehsalı azlıb

“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu

Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ

Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib

VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib

Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Dövlət büdcəsində 3 milyard 536 milyon manatlıq artıqlıq yaranıb

Putin, iqtisadiyyatı xeyli zəifləmiş vəziyyətdə Alyaskaya gəlir
