Rəqəmsal transformasiyanı sürətləndirən “SİMA İmza” tətbiqinin istifadəçi sayı 500 mini ötüb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin hazırladığı “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 500 mini ötüb.
Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “SİMA İmza” artıq ekosistemdə həm istifadəçilər, həm də xidmət təqdim edənlər üçün yeni qaydalar, yeni tələblər formalaşdırır. Biometrik həllərə, bulud texnologiyasına və süni intellektə əsaslanan, hüquqi olaraq əl imzasına bərabər olan “SİMA İmza” ilə hazırda 30-a yaxın qurum öz xidmətlərini rəqəmsallaşdırıb. SİMA rəqəmsal imza ilə 80-dən artıq dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən çox qurumla SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası davam etdirilir.
Həmçinin “SİMA İmza” ilə artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. Bununla da dünyanın istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir Azərbaycan vətəndaşı və fərdi sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlarımız olduğu yerdən elektron xidmətlərdən yararlana bilir. Bu imkan vətəndaş məmnuniyyətinin artırılmasına, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə təkan verir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran rəqəmsal imzanın ölkəmizdə biznes proseslərini sürətləndirdiyi müşahidə olunur.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər təqdim edir:
Vətəndaşlar üçün pulsuzdur – “SİMA İmza” mobil tətbiqini yükləyib qeydiyyatdan keçən hər bir vətəndaş rəqəmsal imza sertifikatını ödənişsiz olaraq əldə edir.
Əl imzası ilə bərabərhüquqludur – “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3-cü maddəsinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. SİMA yeni nəsil rəqəmsal imza gücləndirilmiş imzadır.
Təhlükəsizdir – “SİMA İmza” biometriya, bulud, açıq açar və süni intellekt texnologiyası əsasında çalışır. Bu da imzalama prosesi zamanı kənar amillərin müdaxiləsinin qarşısını alır. Tətbiq həssas məlumatları qorumaq üçün ən müasir şifrləmə protokollarından və autentifikasiya mexanizmlərindən istifadə edir. “SİMA İmza” ilə imzalanmış sənədlər təkzibolunmazdır.
Əlçatandır – İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt “SİMA İmza” tətbiqini mobil cihaza yükləmək və qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat üçün sadəcə şəxsiyyət vəsiqəsi kifayət edir və proses təxminən 1 dəqiqə ərzində yekunlaşır.
Xərclərə qənaət – İstənilən sistemə inteqrasiya oluna bilən “SİMA İmza” dövlət qurumları və maliyyə təşkilatları üçün istənilən sayda imzalama imkanı qazandırır. Maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa, onları arxivləşdirməyə ehtiyac qalmır. Uzun və yorucu növbə proseslərini aradan qaldırır.
İstifadəçilər “Play Store” və ya “App Store” platformaları üzərindən “SİMA İmza” mobil tətbiqini yükləyib qeydiyyatdan keçməklə rəqəmsal imza sahibi ola bilərlər.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
2 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
2 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 3 saat əvvəl
-
3 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























