Rusiyada Dollar və Avro daha da ucuzlaşdı - SON 3 AYDA BİR İLK
Rusiyada Dollar 3 aydan artıq müddətdə ilk dəfə olaraq 90 rubldan aşağı düşüb.
Marja xəbər verir ki, avro isə 98 rubldan aşağı düşüb.
Analitiklər etiraf edirlər ki, rubl möhkəmlənməkdə davam edəcək və ayın sonuna qədər məzənnə bir dollar üçün 83-85 rubl səviyyəsində olacaq.
Valyuta ticarəti məlumatlarına əsasən, Moskva birjasında dolların məzənnəsi iyulun 27-dən bəri ilk dəfə olaraq 90 rubldan aşağı düşüb. Dollar 0,88% ucuzlaşaraq 89,88 rubl təşkil edib. Bununla yanaşı, avro 0,43% dəyər itirərək 97,7 rubla, yuanın məzənnəsi isə 0,58% azalaraq 12,398 rubla düşüb.
Analitiklər bildirilər ki, rublun ABŞ valyutası qarşısında dəyər qazanması Dolların qlobal zəifləməsi ilə də əlaqədardır. İnvestorlar gələn il ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən faizlərin aşağı salınacağını nəzərdə tuturlar ki, bu da ABŞ valyutasının ucuzlaşmasına səbəb olur.
Həmçinin noyabrın sonunda vergi ödəmələrinin müddəti yaxınlaşdıqca, məzənnə 83-85 rubla qədər düşə bilər.
Ekspertin sözlərinə görə, idxalçılardan xarici valyutaya tələbatın aşağı olması, neft bazarında əlverişli şərait və ixracatçıların xarici valyuta gəlirlərinin satışı rublun möhkəmlənməsi üçün şərait yaradır.
Bunlarla belə, Rusiya valyutasının dollarda 90 rubldan aşağı səviyyələrdə olması Rusiya bazarında xarici valyutaya tələbatı arta bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
59 d. əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
1 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
1 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 2 saat əvvəl
-
2 saat əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Ən çox oxunanlar
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib

























