Aqrar Sığorta Fondu zərər ödənişlərinə başladı
Azərbaycanda əkin sahələrinin və təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu 2023-cü il ərzində baş verən hadisələr və qeydə alınan zərərlər üzrə fermer və təsərrüfatlara zərər ödənişləri edilməsinə başlayıb.
Marja.az xəbər verir ki, sığorta ödənişləri 2023-cü il ərzində baş verən hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərləri əhatə edəcək.
Bura Aqrar Sığorta Fondunun qarşıladığı bütün risklər: dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri və s. aiddir.
Artıq sənədləri təsdiq edilmiş fermer və təsərrüfatlara SMS bildirişlərin göndərilməsinə başlanılıb. SMS bildiriş gələn şəxslərdən ödəniş həyata keçirilməsi üçün sənədlərini təqdim etmək xahiş olunur.
2023-cü il ərzində Fonda hadisələrin baş verməsi ilə bağlı 9 minə yaxın müraciət daxil olub. Müraciətlərin böyük hissəsi fırtına-qasırğa, sel-subasma, dolu və sair hadisələrlə əlaqədardır.
Sığorta hadisələri ölkənin bütün bölgələrində və Aqrar Sığorta Fondunun sığorta etdiyi əksər bitki növlərində qeydə alınıb. Ən çox müraciət buğda, arpa, pambıq və qarğıdalı əkinləri üzrə qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 19 avqust tarixli fərmanı ilə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarının sığortalanmasını həyata keçirir.
Fəaliyyətə başladığı dövrdən Aqrar Sığorta Fondunun fermer və təsərrüfatlara ödənişləri ilbəil artmaqdadır. Fond tərəfindən 2021-ci ildə 1,2 milyon manat, 2022-ci ildə isə 2,4 milyon manat sığorta ödənişi edilib, 2023-cü ildə bu rəqəm daha da artacaq.
Aqrar Sığorta Fondunun əhatə etdiyi məhsul və risklərin siyahısı mütəmadi olaraq genişlənir və hazırda Fond 41 bitki növü üzrə əkinləri ümumilikdə 28 sayda riskdən qoruyur.
Fermerlərə dəstək məqsədilə, hesablanmış sığorta haqlarının 50%-ni dövlət ödəyir.
Aqrar Sığorta Fondunun xidmətləri, sığortalanan məhsullar və əhatə etdiyi risklər barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsi (asf.gov.az) və 1651 Çağrı Mərkəzi vasitəsilə almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
11 d. əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 17 d. əvvəl
-
1 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
1 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
1 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
Ən çox oxunanlar
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb






















