Kapital Bank və “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” arasında memorandumu imzalandı
Birbank rəqəmsal bankında “ASAN xidmət” üçün onlayn növbə almaq və dövlət xidmətlərinin rüsumlarının ödənişini yerindəcə, mobil tətbiq vasitəsilə icra etmək mümkün olacaq.Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Marja.az xəbər verir ki, 7 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutan imzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov iştirak ediblər.
Sənəd çərçivəsində bütün lazımi inteqrasiyalar başa çatdıqdan sonra Birbank rəqəmsal bankında “ASAN xidmət” üçün onlayn növbə almaq və dövlət xidmətlərinin rüsumlarının ödənişini yerindəcə, mobil tətbiq vasitəsilə icra etmək mümkün olacaq.
Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.
“Bu əməkdaşlıq Azərbaycanda innovativ həllərin daha çox əhaliyə əlçatanlığını təmin edəcək. Bildiyiniz kimi, Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Müştəriləmizi keyfiyyətli, rahat və sürətli bank xidmətləri ilə təmin etmək isə bizim başlıca hədəflərimizdən biridir. Son bir neçə il ərzində biz bank xidmətlərinin rəqəmsallaşması, nağdsız dövriyyənin artırılması və ümumilikdə bankla bağlı ehtiyacların yerində və sürətli qarşılanması üçün bir çox layihələr icra etmişik. Bunların heç biri müasir texnoloji həllərin, innnovasiyaların tətbiqi olmadan reallaşa bilməzdi. Sevindiricidir ki, müştərilərimiz tərəfindən də bütün yeniliklər müsbət qarşılanır və sektorun rəqəmsallaşması kifayət qədər sürətlə baş verir” - Fərid Hüseynov çıxışında qeyd edib.
Bu kimi əməkdaşlıqları yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov bildirib ki, “Kapital Bank-la uzunmüddətli və uğurlu əməkdaşlığımız var. Memorandum isə bizə innovasiyaların tətbiqində daha geniş imkanlar yaradacaq. Bütün innovativ və mobil həllərin tətbiqi müştərilərimiz üçündür. İnanıram ki, Kapital Bank-la birlikdə onlara daha geniş, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik”.
İmzalanma mərasimi ilə yanaşı tərəflər “ASAN xidmət” mərkəzi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” Mərkəzi, eləcədə “iLAB” innovativ laboratoriyanın fəaliyyəti ilə tanış olublar. Sonra memorandum çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
6 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
6 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
6 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
9 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























