MEDİA Avstriya qəzetini Azərbaycanın rəsmi mövqeyini alaraq material hazırlamağa çağırdı
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Avstriyanın “Der Standard” qəzetində 21.10.2023-cü il tarixində dərc olunmuş saxta xəbər (“feyk nyus”) əsaslı material barədə açıqlama yayıb.
Marja.az xəbər verir ki, açıqlamada bildirilir:
Avstriyanın “Der Standard” qəzeti 21.10.2023-cü il tarixində “Dağlıq Qarabağda etnik təmizləmə təhlükəsi” başlıqlı reportaj yayımlamışdır. Materialın müəllifi, telejurnalist Jo Angerer heç bir araşdırma aparmadan müxtəlif detalları fakt kimi təqdim edərək bu ilin sentyabrın 19-da Azərbaycanın öz ərazisində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək apardığı lokal antiterror əməliyyatı barədə yanlış təəssürat yaratmışdır. Jurnalist auditoriyanı yönləndirmək məqsədi ilə xəbərin miqyası və məzmunundan daha çox onun şərh hissəsini manipulyasiya predmetinə çevirmiş, qarşı tərəfin rəyini nəzərə almayaraq jurnalistikanın balans prinsipini pozmuş, bölgədəki mövcud vəziyyəti obyektiv ifadə etməyən birtərəfli material hazırlamışdır.
Azərbaycan Respublikasının müvafiq rəsmi hakimiyyət orqanları hansı media subyektində çalışmasından və hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bütün jurnalistlərin informasiya əldə etmək hüququna hörmətlə yanaşır və jurnalist sorğularının operativ cavablandırılmasına hər zaman hazırdır. Vurğulamaq istərdik ki, nə “Der Standard” qəzeti, nə də Jo Angerer lokal antiterror əməliyyatı ilə bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına heç bir müraciət etməmişdir.
Qeyd edək ki, adıçəkilən qəzetdə verilmiş reportajda lokal antiterror əməliyyatı zamanı mülki əhalinin itkilərinin olması barədə uydurma versiyanın irəli sürülməsi saxta xəbərdir (“feyk nyus”). Belə ki, reportajda dəfələrlə Azərbaycan Respublikasının dəvəti ilə bölgədə səfərdə olaraq monitorinqlər aparmış Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının lokal antiterror əməliyyatı zamanı mülki əhaliyə heç bir ziyan dəymədiyi və bununla bağlı hər hansı fakt qeydə alınmadığı barədə rəyi belə nəzərə alınmamışdır. Xatırlatmaq istərdik ki, BMT-nin, Beynəxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların əməkdaşları erməniəsilli sakinlərin Azərbaycan Respublikasının hərbi qüvvələri tərəfindən qovulması və onlara qarşı zor tətbiq edilməsi ilə bağlı heç bir hal təsdiq etməmişdir. Habelə erməniəsilli şəxslər bölgəyə gəlmiş beynəlxalq media subyektlərinə, eyni zamanda Ermənistanın aparıcı media qurumlarına verdikləri çoxsaylı açıqlamalarında mülki əhaliyə heç bir ziyan dəyməməsi faktını dəfələrlə vurğulamışlar.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq “Der Standard” qəzetində şəxsi, subyektiv siyasi mülahizələr əsas götürülərək reallıqları təhrif edən, media etikası və jurnalistin peşəkarlığı prinsipləri ilə bir araya sığmayan materiala yer verilməsinin təəssüf hissi doğurduğunu bildirir, eyni zamanda sözügedən qəzeti Azərbaycan Respublikasının rəsmi mövqeyini nəzərə alaraq regionumuzda mövcud siyasi reallıqlar barədə material hazırlamağa çağırırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















