“SİMA İmza” ilə xidmətlərini rəqəmsallaşdıran banklar müştərilərə daha çevik xidmət göstərir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində işlərini davam etdirir.
Maliyyə sektorunun əsas aparıcı təşkilatları hesab edilən bankların “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırılmış xidmətlərinin siyahısı genişlənməkdədir. “SİMA İmza”nın vətəndaşlar üçün tam pulsuz olması, heç yerə getmədən cəmi 1 dəqiqə ərzində mobil tətbiqdə qeydiyyatdan keçərək əldə olunması, imzanı əldə etmək üçün tək şəxsiyyət vəsiqəsinin kifayət etməsi vətəndaşlar kimi bankların da iş yükünü azaldır, vaxta və xərcə qənaət etmək üçün zəmin yaradır.
“SİMA İmza”nın maliyyə əməliyyatları zamanı tərəfdaşlarına qazandırdığı ən mühüm üstünlük isə imzanın etibarlılığıdır. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin “SİMA İmza”sı ilə başqa bir şəxsin imza etməsi mümkünsüzdür.
Əlavə olaraq bildirək ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 iyul 2023-cü il tarixli Qərarı ilə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda edilən dəyişiklikdən sonra təkrar müştərilər üçün gücləndirilmiş elektron imzalarla, o cümlədən SİMA yeni nəsil rəqəmsal imza ilə məsafədən bank hesablarının açılmasına rəsmən icazə verilib. Dəyişikliyə əsasən, vətəndaşlar və fərdi sahibkarlar banka getmədən və əvvəlki kimi videozənglə təkrar kimliyini təsdiqləmədən onlayn qaydada “SİMA İmza” ilə hesab açdıra bilirlər.
Artıq 6 bank – Paşa Bank, Azərbaycan Beynəlxalq Bankı (ABB), Yelo Bank, TuranBank, Premium Bank və Bank BTB xidmətlərini rəqəmsallaşdırmaq üçün “SİMA İmza”nı öz sistemlərinə inteqrasiya edib. Bununla da qeyd edilən banklar bir çox xidmətləri əlavə resurs ayırmadan, daha az vaxtda və daha sürətli şəkildə təqdim edə bilirlər.
“SİMA İmza”nın bank sisteminə inteqrasiyası yeni imkanlar yaradır, cari imkanları əvvəlkindən daha əlçatan edir. “SİMA İmza” ilə inteqrasiya olunan banklarda aparılan analizlər nəticəsində məlum olub ki, rəqəmsal imza ilə kredit vermə müddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalıb. Banklar “SİMA İmza” ilə xidmətlərini rəqəmsallaşdıraraq müştəri məmnuniyyətini artırmağa, vətəndaşlara daha çevik xidmət göstərməyə və öz gəlirlərini artırmağa nail olurlar.
Banklar üzrə SİMA İmza ilə rəqəmsallaşdırılan xidmətlərin siyahısı aşağıdakı kimidir:
PAŞA Bank – Bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını mobil tətbiq üzərindən göndərə, müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə imzalayaraq məsafədən kredit əldə edə bilirlər.
ABB – Müştərilər bankın mobil əlavəsi olan “ABB Mobile” üzərindən şəxsi məlumatlarını “SİMA İmza” vasitəsilə anında dəyişə, yeni debet kart və ya pulsuz “Tam DigiCard” sifarişi edə bilirlər. “SİMA İmza” ilə müqavilələrin imzalanması zamanı əlavə məlumatlar daxil etməyə, banka getməyə ehtiyac qalmır.
YeloBank – Bankın müştəriləri “Yelo” və “Yelo biznes” mobil tətbiqlərində “SİMA İmza” ilə asanlıqla qeydiyyatdan keçə, banka gəlmədən xidmət və məhsulları əldə edə bilirlər.
Yaxın müddətdə isə fərdi sahibkarlar “SİMA İmza” ilə “Yelo” tətbiqi üzərindən bankda onlayn hesab açılması, kredit üçün müraciət prosesini həyata keçirə biləcəklər. Bu iki xidmətin istifadəyə verilməsi ilə sahibkarların xidmət mərkəzlərinə gedib növbə gözləməsinə, kağız sənədlər imzalamasına ehtiyac qalmayacaq.
TuranBank – Vətəndaşlar “SİMA İmza” vasitəsilə “TuranBank” mobil tətbiqindən qeydiyyatdan keçə, filiala gəlmədən əmanət yerləşdirə, məsafədən kredit əldə edə bilərlər. Vaxt və yer məhdudiyyəti olmadan sənədlərin imzalanması elektron formada “SİMA İmza” ilə həyata keçirilir. Müştərilər öz müqavilələrini qeyri-iş günləri də daxil olmaqla, günün istənilən saatında mobil tətbiqə daxil olmaqla imzalaya bilərlər.
Müştərinin “SİMA İmza” ilə təsdiqlədiyi müqavilə tamhüquqlu sənəd sayılır və kağız daşıyıcıda çap edib imzalamağa ehtiyac yaranmır. Vətəndaş istənilən vaxt elektron qaydada sənədinə baxa, yükləyə və paylaşa bilər.
Premium Bank – Bankın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin “SİMA İmza” ilə imzalanması mümkündür. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən kart əldə etməyə imkan verir.
BTB Bank – Bankın istehlak məhsullarının əldə edilməsi zamanı sənədlərin “SİMA İmza” ilə imzalanması mümkündür.
Əlavə olaraq qeyd edək ki, “Azercell” abunəçiləri heç yerə getmədən “SİMA İmza” vasitəsilə “A kart” rəqəmsal kartını dərhal əldə edə bilir.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
8 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
8 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
8 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
11 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























