Birjalarda son vəziyyət
Ötən həftə ABŞ-da proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərindən sonra və Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini artırmasına baxmayaraq dollar dünya birjalarında güclənməyə davam edib.
Son ayda da artan inflyasiya ilə mübarizə çərçivəsində FED-in ilin son rübündə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər valyuta birjalarında qiymətləri təzyiq altında saxlamağa davam edir.
Analitiklərin də proqnozlaşdırdığı kimi, enerji qiymətlərindəki son artımlar Amerikada inflyasiyanın artmasına səbəb oldu.
FED-in sentyabrın 20-də keçiriləcək iclasında uçot faiz dərəcəsini sabit saxlayacağına əminliklərini ifadə edən analitiklər, ehtimalların üzərində açıqlanan inflyasiya göstəriciləri fonunda bankın noyabr toplantısında faiz dərəcəsini 25 baza bəndi artıracağına dair ehtimalları yüksək qiymətləndirir və bu halın dünya birjalarında qeyri-müəyyənliyi artırdığını düşünürlər.
Makroiqtisadi məlumatlara gəldikdə, ABŞ-da sənaye istehsalının həcmi avqust ayında aylıq müqayisədə 0.4% artaraq, proqnozları üstələdi..
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu-York bölməsi tərəfindən açıqlanan istehsal indeksi sentyabr ayında 1.9 bənd ilə ehtimal olunandan çox yüksəldi.
Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı güvən indeksi sentyabrda aylıq müqayisədə 1.8 bənd azalıb 67.7 bəndə enərək bazar prqonozlarından aşağı düşdü.
Digər tərəfdən ABŞ-da üç avtomobil zavodunun işçilərinin ilk dəfə birlikdə tətil elan etməsindən sonra diqqətlər avtomobil sənayesinə yönəlib.
Analitiklər, avtomobil sənayesi işçilərinin tətilinin uzun müddət davam edəcəyi təqdirdə, bu faktın ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyindən narahat olduqlarını ifadə edirlər.
Ardıcıl 9-cu həftə yüksəliş trendini davam etdirən dollar indeksi (DXY) həftəni 105.40 bənd səviyyəsində tamamlayıb.
Həftəyə eniş tendensiyası ilə başlayan XAUUSD (GOLD) valyuta birjalarındakı kəskin eniş səbəbi ilə yenidən “güvənli liman” missiyasına başlamış kimi görünür. Belə ki, qiymətli metal ötən həftənin son 2 günü ərzində 1900$ səviyyəsindən dəstək alaraq 1923$-a kimi bahalaşdı.
18 sentyabr tarixindən başlayan həftənin xəbər təqvimində Amerikada çərşənbə günü FED-in faiz qərarı və FOMC-un mətbuat konfransı, cümə axşamı isə Filadelfiya FED tərəfindan yayımlanacaq Emal sənayesində Biznes Aktivliyi İndeksi və məşğulluq məlumatları təqib ediləcək.
EUR
FED-in sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair ehtimalların qüvvətlənməsi fonunda ardıcıl 9-cu həftəni də enişlə tamamlayan EURUSD məzənnəsi 1.0660 hədlərinə kimi ucuzlaşıb. “Ayılar” məzənnənin qiymətini 1.07$ səviyyəsinin altında saxladığı müddətcə, eniş tendensiyası daha da dərinləşə bilər.
Keçən həftə Avropa Mərkəzi Bankının sürpriz faiz artımına baxmayaraq EURUSD məzənnəsində satış yönümlü bir tendensiya ön plana çıxarkən, bu həftə bütün diqqətlər Avrozonada İstehlak Qiymətləri İndeksi, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərinə yönəlib.
Analitiklər Avropada inflyasiya və resessiya dilemmasının davam etdiyini və regionda son açıqlanan məlumatların qarışıq siqnallar verdiyini bildiriblər.
Cari həftənin cümə axşamı günü Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı zamanı faiz artımından sonra monetar siyasətin gələcəyinə dair verəcəyi mesajların və Avrozonada İstehlak Qiymətləri İndeksinin valyuta bazarlarında volatilliyi arta biləcəyini vurğulayırlar.
GBP
Eniş tendensiyasını 10-cu həftəyə daşıyan GBPUSD məzənnəsi cümə günü 1.2380 həddlərinə qədər gerilədi və həftəlik şamı bu səviyyədə bağladı. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan və Almaniyadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərə Mərkəzi Bankının faiz qərarı, Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi kimi önəmli xəbərlər təsir edə bilər.
Bu həftə ərzində Almaniyada İstehsal Qiymətləri İndeksi, Avrozonada İstehlak Qiymətləri İndeksi, İsveçrə Mərkəzi Bankının və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarları, Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi və Yeni Zelandiyada ÜDM-in həcmi kimi önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 31 d. əvvəl
-
-
34 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
56 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















