Professor dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı Sərəncamı şərh etdi
DÖVLƏT MÜƏSSİSƏLƏRİNƏ ÖZƏL İNVESTİSİYALARIN AXINI SÜRƏTLƏNƏCƏKDİRXəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncam, dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə qərara alınıb.
Sərəncama əsasən Dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə, “Bakı Telefon Rabitəsi” MMC-yə,“Aztelekom” MMC-yə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, “AzerGold” QSC-yə, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavoduna, Karbamid zavoduna və Metanol zavoduna özəl investisiyalar cəlb ediləcək.
Marja.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin professoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Şəfa Əliyev Prezidentin Sərəncamını şərh edib.
Professor qeyd edib ki, müasir qlobal maliyyə transformasiyaları şəraitində maliyyə resurslarının və məqsədli investisiyaların cəlb edilməsində problemlər qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə, real iqtisadiyyat sahələrinə investisiyaların cəlb edilməsində çətinliklər daha çox özünü göstərir. Analoji problemlər Azərbaycan iqtisadiyyatı üçün də xarakterikdir. Belə ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, milli iqtisadiyyatın neft-qaz amilindən asılılığının azaldılması hədəfləri kontekstində investisiya axınlarının sürətləndirilməsinə böyük ehtiyac vardır. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində iri dövlət müəssisələrinin fəaliyyətinin sağlamlaşdırılması və rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasında özəl investisiyalara ciddi zərurət qalmaqdadır.
"Bu amillər baxımından dövlət başçısının 31 avqust 2023-cü il tarixli sərəncamı müstəsna əhəmiyyət kəsb edir. Bu sərəncamla ölkəmizdə fəaliyyət göstərən dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Sərəncamın yerinə yetirilməsi nəticəsində bazar rəqabətindən bir çox parametrlrəinə görə geri qalan iri dövlət müəssisələrində islahatların aparılması və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi mümkün olacaqdır. Bundan başqa, özəl investisiyaların cəlbi üçün münbit şəraitin yaradılması nəticəsində ölkədə korporativ idarəetmə mexanizmlərinin daha geniş tətbiqinə imkan yaranacaq və eyni zamanda hazırda zəif inkişaf durumunda olan qiymətli kağızlar bazarının canlandırılması mümkün olacaqdır. Təqdirəlayiq haldır ki, sərəncamla özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı da təsdiq olunmuşdur. Belə yanaşma nəzərdə tutulan tədbirlərin sürətli təşkilinə və məqsədli hədəflərin qarşıya qoyulmasına zəmin yaratmışdır".
Şəfa Əliyev qeyd edib ki, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin sırasında iqtisadiyyatın müxtəlif sahələrinə aid olan iri müəssisələr vardır. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlı son illər aparılan sağlamlaşdırma və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, beynəlxalq təcrübənin daha çox dərindən öyrənilməsinə və tətbiqinə ehtiyac vardır. İri müəssisələrin idarə edilməsində və maliyyə payında dövlətin yükünün azaldılması, rəqabətqabiliyyətli fəaliyyət strategiyalarının formalaşdırılmasında dövlət-özəl sektor əməkdaşlığının yeni mərhələyə qaldırılması mümkünləşəcəkdir:
"Digər tərəfdən, ölkədə rəqəmsal texnologiyaların inkişaf etdirilməsi, xüsusilə daha çox ictimai qınağa məruz qalan nəqliyyat sektorunun fəaliyyətinin səmərəliliyinin artırılmasında özəl investisiyaların önəmli rol oynayacağını proqnozlaşdırmaq olar. Bunlarla bərabər, rabitə sahəsində iki iri dövlət müəssisəsinə özəl investisiyaların cəlbinin nəzərdə tutulması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bu müəssisələrə “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC aiddirlər.
Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulanlar sırasında bir sıra strateji dövlət müəssisələrinin - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC və Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodu, həmçinin Karbamid və Metanol zavodlarının olması xüsusi maraq doğurur. Geniş imkanlara malik bu iri dövlət müəssisələri ilə özəl sektor subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, investisiya – innovasiyayönlü layihələrin həyata keçirilməsi üçün əlavə stimul və potensial formalaşdıracaqdır".
İqtisad elmləri doktoru əlavə edib ki, nəticədə əlavə istehsal və xidmət zənciri üzrə müəssisələrin yaradılması, rəqabətqabiliyyətli və ixracyönlü sənaye məhsullarının istehsalının artırılması və çeşidinin genişləndirilməsi mümkün olacaqdır. Ümumilikdə isə özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında olan əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və qeyri-neftqaz sektorundan asılılığı əhəmiyyətli səviyyədə azalacaq, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi isə xeyli yüksələcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
11 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
12 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat






.jpg)
.jpg)







.jpg)




