“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“Jackson Hole” Simpoziumu fonunda dünya birjaları.“InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə İngiltərədə, eləcə də Avrozonada açıqlanan inflyasiya və ÜDM göstəriciləri, həmçinin FED-in son toplantısının dərc olunan protokolları fonunda dollar major valyutalar və qızıl qarşısında kəskin bahalaşdı.
Bu həftə isə bütün diqqətlər “Jackson Hole” Simpoziumuna yönələcək. Həmçinin Amerika, Avrozona, Almaniya və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də investorlar tətərəfindən yaxından izləniləcək.
İnvestorlar iqtisadi mənzərə və faiz dərəcələrinin gələcək tendensiyasına aydınlıq gətirmək üçün FED sədri Jerom Pavelin “Jackson Hole” Simpoziumundakı çıxışına köklənəcəklər.
Pavelin cümə gününə nəzərdə tutulmuş çıxışı mərkəzi bankın keçən həftə açıqladığı iyul iclas protokollarını izləyəcək. Protokollar göstərdi ki, əksər FED rəsmiləri inflyasiya üçün yuxarı risklərdən narahat olmağa davam edir və bu, faiz artımlarının davam edəcəyini stisna etmir.
İnvestorlar FED sədrinin inflyasiyanın azaldılması üçün sərt monetar siyasətin davam etdirilməsinə ehtiyac olacağına inanıb-inanmadığına və ya faiz dərəcələrini sabit saxlamaq üçün kifayət qədər irəliləyişin olub-olmadığına diqqət yetirəcəklər. Bazar izləyiciləri həmçinin Fed-in 2024-cü ildə faiz endirimi ehtimallarına dair hər hansı ipucu axtaracaqlar.
Analitiklər FED-in sentyabr iclasında faiz dərəcələrini indiki səviyyədə saxlayacağını 89% çoxluqla ehtimal edirlər.
İnvestorlar həmçinin yeni və ikinci əl ev satışları ilə bağlı göstəricilərlə mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində qismən toparlanması gözlənilən regional istehsal fəaliyyətləri (Miçiqan ştatından) ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaqdır.
Ötən həftəni 103.50 bənd səviyyəsində başa vuran DXY-da “Buğalar” qiyməti həmin səviyyənin üzərində saxlaya bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftəni 1.0880 həddlərində tamamlayan EURUSD məzənnəsində “ayılar” qiymətləri 1.09$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Almaniyada açıqlanacaq ÜDM-in həcminə dair rəqəmlər, Avrozonada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın “Jackson Hole” Simpoziumundakı çıxışı avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
Çərşənbə günü Avrozona və Böyük Britaniya PMI məlumatları açıqlanacaq. Bu, Avropa (ECB) və İngiltər (BoE) Mərkəzi Banklarının sentyabr ayında faiz dərəcələrini yenidən artırıb-artırmayacağına dair bir çox suallara aydınlıq gətirə bilər.
Qeyd edək ki, Avrozona və Böyük Britaniya PMI məlumatları xidmətlər sektorunda durğunluq və istehsal fəaliyyətinin daralması səbəbindən son aylarda azalır.
ECB prezidenti Kristin Laqard cümə günü “Jackson Hole” Simpoziumunda danışacaq və investorlar çıxışda mərkəzi bankın sentyabr ayında növbəti addımlarına dair ipucu axtaracaqlar.
Xatırladaq ki, iyul toplantısında Laqard, ECB-nin gələcək faiz dərəcəsi qərarlarında "açıq fikirli" olacaqlarını söyləmiş və əlavə etmişdi ki, "məlumatlardan asılı olacaqları bir mərhələyə keçiblər".
GBP
Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2740 hədlərində başa vuran GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq Biznes Aktivliyi İndeksinə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
Cari ticarət həftəsi ərzində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı, Almaniyada “İfo” Biznes Mühiti İndeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
-
- 20 d. əvvəl
-
20 d. əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
1 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
2 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
2 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb

















