Şamaxıda böyük üzüm bağını dolu vurdu - Aqrar Sığorta Fondu zərəri hesablayır
Azərbaycanda qeyri-sabit hava şəraiti kənd təsərrüfatı və əkinlərə ciddi zərər vurmaqdadır. Sığortalı təsərrüfatlara dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.
May ayında baş verən dolu yağması nəticəsində daha bir təsərrüfata zərər dəyib. Şamaxıda yerləşən böyük üzüm sahəsini dolu vurub. Dolu yetişməkdə olan meyvələrin bir hissəsini məhv edib, eləcə də əkinləri zədələyib.
Dolu nəticəsində zərər çəkən üzüm bağı Aqrar Sığorta Fondu tərəfindən sığortalıdır. Hadisə barədə Aqrar Sığorta Fonduna məlumat verilib, Fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri sahəyə gələrək hadisə ilə bağlı ilkin araşdırma və dəyən zərərin məbləğinin hesablanmasını həyata keçiriblər.
İyul ayında isə Aqrar Sığorta Fondunun mütəxəssisləri və müstəqil aqrar sığorta eksperləri sahəyə gələrək yekun ekspertiza keçiriblər.
Araşdırma prosesinə yerli və Türkiyədən gələn ekspetlər cəlb olunub. Zərərin məbləği dəqiqləşəndən sonra təsərrüfata dəyən zərərin ödənilməsinə başlanılacaq.
Qeyd edək ki, sözügedən təsərrüfat bundan əvvəl də – 2018-ci ildə dolunun təsirinə məruz qalıb və böyük zərərlə üzləşib. Bunu nəzərə alaraq ölkədə aqrar sığortanın tətbiqindən sonra təsərrüfat mütəmadi olaraq sığortalanıb.
Dolu yağması Azərbaycanda əkin sahələrinin ən çox zərər gördüyü risklərdəndir. 2023-cü ilin ilk 6 ayında Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 min müraciət daxil olub. Bundan 1400 müraciət və ya hər 5 müraciətdən 1-i dolu hadisəsi ilə bağlıdır. Ümumilikdə son 3 ayda qeyri-sabit hava şəraiti ilə bağlı Fonda müraciətlərin sayı 1000-i keçib. Həmin təsərrüfatlara dəyən zərər qiymətləndirilir və bu proses başa çatdıqdan sonra kompensasiya ödənişlərinə başlanılacaq.
Baş verənlər ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın əhəmiyyətini bir daha sübut edib.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.
Aqrar sığorta güzəştli şərtlərlə təqdim edilir - fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
4 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
4 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
4 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
6 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib






















