Mərkəzi Bank "Freedom Finance Azerbaijan" şirkəti barədə iddialara münasibət bildirdi

Mətbuatda dərc olunmuş məlumatlara görə, "Freedom Finance Azerbaijan" şirkəti təlim adı altında əslində müştərilərə investisiya xidmətləri olan qiymətli kağızlar bazarında vasitəçilik və investisiya məsləhətləri xidməti göstərir. iddia olunur ki, şirkət bu xidmətləri Kiprdə qeydiyyatda olan "Freedom Finance Europe Ltd. şirkəti üzərindən təşkil edir. Belə ki, investisiya ximdətlərinin reklamını görən müştəri şirkətlə əlaqə saxladıqdan sonra ona şirkətdə hesab açmaq və əməliyyatlar aparmaq təklif olunur. Daha sonra müştəri elektron müqavilə və invoys verilərək bank üzərindən köçürməyə yönləndirilir. Müştəri vəsaiti köçürdükdən sonra isə onunla iş başlayır. Parallel olaraq şirkətdən investisiya məsləhətləri almaq üçün müştəridən əlavə xərclər çıxılır və qeyri-peşəkar əməkdaşlar tərəfindən ona məsləhətlər verilməyə başlayır.
Azərbaycanda investisiya fəaliyyəti lisenziyalı fəaliyyət növüdür, o cümlədən şirkətin xidmət göstərən əməkdaşları Mərkəzi Bank tərəfindən attestasiya olunaraq müvafiq şəhadətnamə əsasında fəaliyyət göstərməlidirlər. Şirkətin, o cümlədən əməkdaşların lisenziyasız və şəhadətnaməsiz fəaliyyət göstərməsi qanunsuzdur. Bu qanun pozuntusu cinayət əməli sayılır.
Marja.az mətbuatda dərc olunmuş iddialar əlaqədar Mərkəzi Banka da sorğu ilə müraciət etmişdi. Sorğuda Mərkəzi Banka aşağıdakı suallar verilmişdi:
- İddia olunur ki, "Freedom Finance Azerbaijan" təlim xidmətləri altında insanları cəlb edərək onlara Kipirdə yerləşən şirkət vasitəsilə investisiya xidmətləri təklif edir. Bunu sübut edən müqavilənin sürəti də mətbuatda dərc olunub. Mərkəzi Bankda "Freedom Finance Azerbaijan" şirkətinin lisenziya almadan investisiya xidmətləri göstərdiyi barədə məlumat var?
- Mərkəzi Bank tərəfindən "Freedom Finance Azerbaijan" şirkətilə bağlı araşdırma və ya şirkətdə yoxlama aparılıb? Əgər aparılıbsa nəticələri barədə məlumat verərdiniz.
- "Freedom Finance Azerbaijan"dan bildirilir ki, lisenziya alınması üçün Mərkəzi Banka müraciət olunub və Şirkətin Strategiyası da təqdim olunub. Şirkət Mərkəzi Banka nə vaxt müraciət edib? Mərkəzi Bank müraciətə baxarkən hansı qərarı qəbul edib?
- "Freedom Finance Azerbaijan" reklamlarını "Freedom Broker" brendi ilə aparır. Təlim mərkəzinin "broker" sözünün olduğu bir ticarət nişanı ilə reklamlar yerləşdirməsi ilə əlaqədar Mərkəzi Bankın şirkətə iradı olub?
- Ümumiyyətlə, Mərkəzi Bank "Freedom Finance Azerbaijan" ilə bağlı hansı tədbirləri görməyi planlaşdırır?
Mərkəzi Bank Marja.az-ın suallarına aşağıdakı cavabı göndərib:
"Freedom Finance Azerbaijan" ASC-yə (cəmiyyət) dair sorğunuzla bağlı bildiririk ki, cəmiyyətə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya şirkəti fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməmişdir.
Qeyd edək ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən olunmuş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya şirkəti fəaliyyəti üçün verilmiş lisenziya əsasında mümkündür.
Cəmiyyətin “Freedom Broker” brendindən istifadəsi ilə bağlı isə qeyd etmək istərdik ki, qanunvericilikdə “broker” sözünün istifadəsi qadağan edilməmişdir".
Göründüyü kimi, sorğumuza cavab natamamdır, bütün suallar cavablandırılmayıb, cavablandırılan suallara da məhdud cavab verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb
-
2 gün əvvəl
"EMBAFİNANS"ın 2 milyon manatlıq istiqrazları ilə bağlı qərar
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Unibank” hər kəs üçün 1 günlük 0 % komissiyalı kredit aksiyası keçirir
-
2 gün əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz buraxılışı: İLLİK 10.5% GƏLİR TƏKLİF EDİR
- 2 gün əvvəl
-
2 gün əvvəl
İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET
- 2 gün əvvəl
Son Xəbərlər

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Kürdəmirdə Bostan Festivalı baş tutdu - FOTOLAR

Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarıldı

Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

Dövlət 2 bankda 330 milyon manat depozit yerləşdirdi
Ən çox oxunanlar

İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET

Azərbaycanda kredit kartlarının sayı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var

FİNCA yenidən borc alır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapıtalı artırılıb

"Bu il Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər"
