Bu gün Dollar ilə bağlı mühüm qərar gözlənilir
ABŞ Mərkəzi Bankının (Fed) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul iclası bu gün başa çataq.
"Marja" xəbər verir ki, FOMC-ın iyul ayı iclasının qərar mətni, Fed rəsmilərinin 2 günlük görüşünün ardından bu gün Bakı vaxtı ilə saat 22.00-da yayımlanacaq.
Amerika Mərkəzi Bankının (FED) faiz qərarı investorların diqqət mərkəzindədir və bu gün ticarət aktivliyinin daha da artması gözlənilir.
İqtisadçılar Fed-in faiz və ya balansın azaldılması üçün yeni addımlar atmayacağını gözləyir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Zaman | Valyuta | Hadisə | Proqnoz | Əvvəlki |
26 İyul 2017 | ||||
12:30 | GBP | BBA İpoteka Razılıqları | 39,9K | 40,3K |
12:30 | GBP | Ümumi Daxili Məhsul (ÜDM) (rüblük) | 0,3% | 0,2% |
12:30 | GBP | Ümumi Daxili Məhsul (ÜDM) (İllik) | 1,7% | 2,0% |
18:00 | USD | Yeni Mənzil Satışları | 615K | 610K |
18:00 | USD | Yeni Mənzil Satışları (Aylıq) | 0,8% | 2,9% |
18:30 | USD | Xam Neft Ehtiyatları |
| -4,727M |
18:30 | USD | Cushing, Oklahoma Xam Neft Ehtiyatları |
| -0,023M |
19:30 | EUR | ECB-dən Lautenschlaeger-in Çıxışı |
|
|
22:00 | USD | Fed-in faiz qərarı | 1,25% | 1,25% |
22:00 | USD | Federal Açıq Bazar Komitəsinin (FOMC) Bəyanatı |
| |
Moody's Analytics-in baş iqtisadçısı Mark Zandi, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) yeni addımlar atılmayacağını bildirib.
"Bazarlar bu il faizin artırılacağını gözləmir. Dekabr toplantısına dair ehtimal 50%-dən aşağıdır. Fed rəsmiləri bu vəziyyətdən məmnun deyil. Bu səbəbdən FOMC bəyanatının bazarların faiz gözləntilərini yenidən canlandırmağa sövq edəcək şəkildə olacağını gözləyirəm", deyib.
Mark Zandi, Fed sədri Janet Yellenin inflyasiyada son dövrlər yaşanan zəifliyin müvəqqəti olduğu fikrinə qatıldığını ifadə edərək, "İnflyasiyada ilin əvvəlindən bəri baş verən ləngimə, hesablama problemləri və bir dəfəlik qiymət dəyişikliklərindən irəli gəldiyi üçün müvəqqəti olacaq. İrəlidə inflyasiyanın bir il ərzində 2%-ə çatacağını və 2 il ərzində 2%-keçəcəyini düşünürəm" şəklində danışıb.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
"High Frequency Economics"in Baş iqtisadçısı Jim O'Sullivan da Fed-in, iyul iclasında faiz artırmayacağını və gözləyəcəyini bildirərək, "Fed-in, faizi növbəti dəfə artırması üçün inflyasiyada zəifliyin müvəqqəti olduğuna dair daha çox dəlil görənə qədər gözləyəcəyini hesab edirəm" deyib.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb





















