“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İngiltərədə və Avrozonada inflyasiyanın da, iqtisadi inkişaf səviyyəsinin də geriləyəcəyi proqnozlaşdırılır.
“InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftənin cümə axşamı ABŞ-da İstehlak Qiymətləri İndeksi proqnozların altında açıqlansa da, cümə günü dərc olunan istehsal qiymətlərində inflyasiya səviyyəsinin ehtimal ediləndən çox olduğu diqqət çəkdi. Bu dilemma qarşısında dollar indeksi (DXY) həftəni 103 bənd səviyyəsinin üzərində tamamladı.
İstehlak qiymətlərində inflyasiyanın yavaşlamağa davam etdiyini göstərən məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəsmilərinin növbəti faiz artımı ilə bağlı mövqelərini yenidən nəzərdən keçirə biləcəkləri ehtimallarını artırır. Lakin istehsal qiymətlərində inflyasiyanın artması isə investorlar arasında fikir ayrılığına səbəb olub.
Bu həftə çərşənbə axşamı günü Amerikada dərc olunacaq FOMC-un son toplantısının protokolları bu mövzuda bir sıra suallara aydınlıq gətirə bilər.
İnvestorlar həmçinin tikinti üzrə icazələrin və yeni tikilən mənzillərin sayı, eləcə də cari ev satışları ilə bağlı göstəricilərlə mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində qismən toparlanması gözlənilən regional istehsal fəaliyyətləri (Filadelfiya FED-dən) ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaqdır.
Ötən həftəni 103 bənd səviyyəsinin üzərində başa vuran DXY-da “Buğalar” qiyməti 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftəni 1.0940 həddlərində tamamlayan EURUSD məzənnəsində “ayılar” qiymətləri 1.09$ səviyyəsinin altına sala və orada saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Avrozonada açıqlanacaq inflyasiya və ÜDM-in həcminə dair göstəricilər avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2670 hədlərində başa vuran GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və əmək bazarına dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
Cari ticarət həftəsi ərzində həmçinin Yaponiyada ÜDM-in həcmi, Kanadada İstehlak Qiymətləri İndeksi, İsveçrədə İstehsalatda inflyasiyanın səviyyəsi, Yeni Zelandiya Mərkəzi Bankının faiz qərarı, Almaniyada ZEW İqtisadi aktivlik indeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
-
- 20 d. əvvəl
-
20 d. əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
1 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
2 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
2 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb

















