“Узбекнефтегаз” ilə SOCAR arasında saziş imzalanacaq
Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupunun ilk iclası keçirilib“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupu”nun ilk iclası Daşkənddə keçirilib.
İclasda çıxış edən İşçi qrupunun həmsədri, nazir müavini Samir Vəliyev iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib.
Bildirilib ki, qarşılıqlı əməkdaşlığımız neft-qaz, neft və neft-kimya məhsullarının ticarəti, enerji sektorunda təcrübə və məlumat mübadiləsi kimi sahələri əhatə edir və ölkələrimiz arasında energetika sahəsində imzalanmış sənədlər bu istiqamətdə əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin hər iki ölkədə bərpa olunan enerji sahəsində böyük layihələrin həyata keçirildiyi, sahə üzrə fəaliyyət göstərən dövlət qurumları arasında əməkdaşlıq qeyd edilib.
İşçi qrupun Özbəkistan tərəfdən həmsədri, nazir müavini Akmal Cumanazarov isə Azərbaycan-Özbəkistan arasında energetika sahəsində əlaqələrin inkişafından, bu istiqamətdə müxtəlif dövlət qurumlarının sıx fəaliyyətindən bəhs edib, əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Özbəkistanda energetika, o cümlədən bərpa olunan enerji sahəsində həyata keçirilən tədbirlər, liberal enerji bazarına mərhələli keçidlə bağlı görülən işlər haqqında məlumat verib.
İclasda Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər, energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsinin icrası üzrə görülən nəticəyönümlü tədbirlər nəzərdən keçirilib, enerji keçidi, dekarbonizasiya, neft və neft-kimya məhsullarının nəqli, neft emalı, ölkəmizin işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı, geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq, eləcə də özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji tənzimlənməsi, bu sahələr üzrə təcrübə mübadiləsinin aparılması və birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, həmçinin enerji qurumları arasında əməkdaşlıq məsələləri, iki ölkənin energetika nazirlikləri və “Узбекнефтегаз” ilə SOCAR arasında imzalanması nəzərdə tutulan saziş layihələri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
İşçi qrupunun iclasında Azərbaycan tərəfdən Energetika Nazirliyi, SOCAR, “Azərenerji” ASC, Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirliyin tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
16 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 17 saat əvvəl
-
18 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
18 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
18 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
18 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















